12:27 Cümə, 15 Dekabr 2017
İDMAN

"Qarabağ"ın rəqibində növbəti itki

21:00, 09.10.2017304
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan "Çelsi”nin futbolçusu Nqolo Kante sıradan çıxıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi millinin heyətində zədələnib.
 
Belə ki, Kante Fransa yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bolqarıstanla keçirdiyi matçda (1:0) xəsarət alıb. Tibbi müayinədən sonra təcrübəli futbolçunun İngiltərə çempionatında "Kristal Pelas”la matçda iştirak etməyəcəyi müəyyənləşib.
 
Qeyd edək ki, "Çelsi”nin digər oyunçusu Alvaro Morata da hazırda zədəlidi.
0
XƏBƏR LENTİ