05:44 Bazar Ertəsi, 18 Iyun 2018
Maqazin

Qardaşından İbrahim haqda şok sözlər

22:00, 09.01.20181002
Qardaşından İbrahim haqda şok sözlər
Müğənni İbrahim Tatlısesin qardaşı Hüseyn Tatlı İnstaqram hesabında sənətçi haqda sərt danışıb.
 
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, Hüseyn səhifəsində Yıldız Tilbe ilə şəklini paylaşıb. Fotonu görən izləyicilərdən biri Tatlıya "İmperator heç nə demir?" sualı ilə müraciət edib.
 
Hüseynin cavabı isə gecikməyib. O yazıb:
 
"Bunun üçün ondan icazə aldığımı mı düşünürsünüz? Sən bizi heç tanımırsan. Məni onun maaşlı işçiləri ilə səhv salmayın. Adım Hüseyn Tatlıdır, təkcə Allahın əmrinə qulaq asıram. Kiminlə görüşüb-görüşməyəcəyimə də özüm qərar verirəm. Kimdən icazə almalıyam ki?".
 
Hüseyn bu cür cavabı ilə qardaşı arasında soyuq münasibət olduğunu açıqca nümayiş etdirib.
 
Qeyd edək ki, Y.Tilbe ilə İ.Tatıses uzun illər küsülü olub. İbrahimə silahlı hücum olanda onu xəstəxanada ziyarət edən Yıldız daha sonra onunla barışdığını deyib.
 
 
XƏBƏR LENTİ