"Qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyəm" - Yeni nazirdən ilk açıqlama

13 Oktyabr 2017, 13:38
AAA

Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu Energetika Nazirliyinin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib.

AZXEBER.COM-un nazirliyə istinadən verdiyi xəbərə görə, Ə.Əsədov P.Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb. Enerji sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin müasir çağırışlara uyğun şəkildə inkişafı ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədləri diqqətə çatdırıb, məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş energetika naziri P.Şahbazov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. P.Şahbazov Azərbaycan Neft Akademiyasının məzunu olması, diplomatiya sahəsindəki 20 ildən artıq fəaliyyəti barədə ətraflı məlumat verərək, bu müddət ərzində xaricdə Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində yaxından iştirak etdiyini bildirib.

O, enerji siyasətinin xarici istiqamətlə yanaşı, geniş daxili seqmentlərə də malik olduğunu diqqətə çatdıraraq, ölkədə energetika sektorunun qloballaşma dövrünün tələblərinə uyğun inkişafı və bu sahədə beynəlxalq təcrübənin tətbiqinin zəruriliyini vurğulayıb. Qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinin isə sıx əməkdaşlıq münasibətləri ilə mümkünlüyünü bildirib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, "Azərişıq” ASC-nin sədri Baba Rzayev, ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev və "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev iştirak ediblər.

Qeyd edək ki, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri vəzifəsinə Azərbaycan Prezidentinin 12 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təyin edilib.



Oxunma sayı : 1926

SON XƏBƏRLƏR
Azərbaycan universitetləri: 4 il oxu, axırda da qal işsiz... - 18 Oktyabr 2017, 14:51
“CBC Sport”-dan Türkiyə Süper liqasının yayımı ilə bağlı -AÇIQLAMA - 18 Oktyabr 2017, 14:34
Müxalifətin mitinqinə qatılan tanınmış aktyor işdən çıxarıldı: ""Azdrama" təsdiqlədi" - 18 Oktyabr 2017, 14:34
"Artıq qorxmuram: o, məni zorladı" - Olimpiya çempionu - 18 Oktyabr 2017, 14:31
"Qarabağ"ın gəncləri "Atletiko"nu cəzalandırdı - YENİLƏNİR - 18 Oktyabr 2017, 14:25
Ermənilər Şahbaz Quliyevi Şuşaya apardı - 18 Oktyabr 2017, 14:19
"Bu bütün türk xalqlarının ortaq problemidir" - Qənirə Paşayeva - 18 Oktyabr 2017, 14:07
“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi - 18 Oktyabr 2017, 14:01
Neslihan Atagül: "Sanki dünyanın ən gözəl qadınıyam" - 18 Oktyabr 2017, 13:59
Artıq Azərbaycanın da öz «Safari Park»ı var - VİDEO - 18 Oktyabr 2017, 13:45
"Mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb və uşağa verdim" - 5 yaşlı qızını zəhərləyib öldürən qadın - 18 Oktyabr 2017, 13:32
Arif Quliyev: "Bu maşın mənimdir, eşidin, bilin - VİDEO - 18 Oktyabr 2017, 13:24
Generaldan “Müsavat”ın yürüşü ilə bağlı - Açıqlama - 18 Oktyabr 2017, 13:22
Arzu Əliyevanın filminin Londonda nümayişi baş tutub - 18 Oktyabr 2017, 13:16
Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI - 18 Oktyabr 2017, 13:07
"Bu adamın teatrın fəaliyyətindən, tarixindən heç xəbəri yox imiş" - Direktor Rövşanəni tənqid etdi - 18 Oktyabr 2017, 13:04
Bakıda 2000 ev sökülə bilər - “Azərsu” iddia qaldırdı - 18 Oktyabr 2017, 12:56
Bakıda əcnəbi kişi tanış olduğu qadını evə apardı - başına iş gəldi - 18 Oktyabr 2017, 12:43
Hacı Nuranın kostyumlarının sirri açıldı: Özü tikirmiş - 18 Oktyabr 2017, 12:31
" Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur" - Nazir müavini - 18 Oktyabr 2017, 12:26
Azərbaycanda uşaqlara ən çox verilən adlar açıqlandı – SİYAHI - 18 Oktyabr 2017, 12:24
"Maşın şou"da biabırçılıq: "Gecə Talıbın otağına niyə getmişdin? - VİDEO - 18 Oktyabr 2017, 12:13
Erməni taksi sürücüsü 100 nəfəri zəhərləyib öldürdü - Rusiyada dəhşət - 18 Oktyabr 2017, 11:54
Azərbaycanlı Türkiyədə "Range Rover"i İraqa qaçırmaq istədi - 18 Oktyabr 2017, 11:47
Yol polisindən qanunsuz nişanla bağlı AÇIQLAMA - 18 Oktyabr 2017, 11:17
Lənkəranda gənc özünü asdı - 18 Oktyabr 2017, 11:02
Bu özəl məktəb ləğv edildi - 18 Oktyabr 2017, 10:56
Dostunun 61 yaşlı anasına təcavüz etdi - 18 Oktyabr 2017, 10:49
Füzulidə faciəvi hadisə: 16 yaşlı oğlan öldü - 18 Oktyabr 2017, 10:43
Zülfiyyə Xanbabayeva və həyat yoldaşının rəqsi - VİDEO-FOTO - 18 Oktyabr 2017, 10:37
Bakıda daha bir tarixi oyun — “Qarabağ” “Atletiko”ya qarşı - 18 Oktyabr 2017, 10:24
Maşın nömrəsindəki bir hərf boşanmaya səbəb oldu - Azərbaycanda şok hadisə - 18 Oktyabr 2017, 10:10
Düşmən kəndlərimizi atəşə tutdu – RƏSMİ - 18 Oktyabr 2017, 09:54
Abşeronda qardaş bacısını güllələdi - 18 Oktyabr 2017, 09:45
Azərbaycanda evli kişi başqa qadını qaçırdı — VİDEO - 18 Oktyabr 2017, 09:44
Neft bahalaşdı - 18 Oktyabr 2017, 09:37
Oğru dünyasında yeni müharibə başlayıb - 18 Oktyabr 2017, 09:21
Prezident yol hərəkəti ilə bağlı sərəncam imzalayıb - 18 Oktyabr 2017, 09:09
Mariya Şarapova ilk sevgisi haqda: Bir gecənin içində... - 17 Oktyabr 2017, 22:32
Bakı metrosunda gənc qız özünü qatarın altına atmaq istədi – FOTO - 17 Oktyabr 2017, 22:25
Mətanətdən Rövşanə haqda qalmaqallı sözlər: "Bədbəxt insan..." - 17 Oktyabr 2017, 21:19
Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava - 17 Oktyabr 2017, 20:18
Tibb Universitetinin tələbəsini öldürən şəxslər tutuldu - 17 Oktyabr 2017, 19:31
Bu qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən alındı - 17 Oktyabr 2017, 19:22
Arif Qaraşov: "Maşını oğlum yox, sürücüm idarə edib, o da cəzasını alacaq" - 17 Oktyabr 2017, 19:02
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10