14:56 Cümə Axşamı, 22 Fevral 2018
SOSİAL

Qazax sakini qardaşının arvadını çəkiclə döydü

10:30, 16.08.20171380
Qazax sakini qardaşının arvadını çəkiclə döydü

 

Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib.

Hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Qurban oğlu Əhmədovöz qardaşı arvadı Ceyhunə Elşən qızı Həsənovanın başına çəkiclə bir neçə zərbə vuraraq onu öldürməyə cəhd edib. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

V.Əhmədovun ruhi-əsəb xəstələyindən əziyyət çəkdiyi bildirilir. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.///Report

 

 

0
XƏBƏR LENTİ