08:05 Bazar Ertəsi, 24 Sentyabr 2018
SAĞLAMLIQ

Qazaxda bir həftədə iki xəstə əməliyyat zamanı öldü

23:42, 02.07.20186829
Qazaxda bir həftədə iki xəstə əməliyyat zamanı öldü
Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.

Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib.

Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ