18:43 Bazar Ertəsi, 16 Sentyabr 2019
SOSİAL

Qazaxda satış məqsədi ilə daşınan ölü heyvan aşkarlandı -FOTOLAR

18:17, 21.05.20192554
Qazaxda satış məqsədi ilə daşınan ölü heyvan aşkarlandı -FOTOLAR

Qazax rayonunda diri çəkisi 315 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Qazax rayonu Aşağı Salahlı kəndi ərazisində vətəndaş Cəfərov Musa Cavad oğluna məxsus avtomobilin yük yerinə baxış keçiriblər. 
Bu zaman avtomobilin yük yerindən daxili orqanları çıxarılmış, ölmüş heyvan cəmdəyi aşkar olunub. İlkin araşdırmalar zamanı ölü heyvanın satış məqsədi ilə Qazaxdan Gəncəyə daşındığı məlum olub.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyinin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin, heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

 

 

 


XƏBƏR LENTİ