BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Qazaxıstanda iki nüfuzlu beynəlxalq məhkəmə assosiasiyasının iclasları keçirildi – FOTOLAR

Qazaxıstanda iki nüfuzlu beynəlxalq məhkəmə assosiasiyasının iclasları keçirildi – FOTOLAR
SİYASƏT
14:00 20.09.2019
3052
Dünya tarixində ilk dəfə olaraq iki nüfuzlu beynəlxalq təşkilatın - Beynəlxalq Hakimlər Assosiasiyasının 62-ci və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının 14-cü plenar iclasları Qazaxıstanın dəvəti ilə 15-17 sentyabr tarixlərində Nur-Sultan şəhərində keçirildi. Bununla yanaşı, həmin ərəfədə Avropa Hakimləri Assosiasiyasının da növbəti iclası təşkil olundu.

AZXEBER.COM xəbər verir ki, iclaslar zamanı üzv dövlətlərdə məhkəmə və hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyi və başqa aidiyyəti mövzular ətrafında geniş müzakirələr aparıldı və müxtəlif dövlətlərin məruzələri dinlənildi.

Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Tony Pagone (Avstraliya) və Avropa Hakimləri Assosiasiyasının prezidenti Jose İgreja Matosun (Portuqaliya) dəvəti ilə iclaslarda giriş sözü ilə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, həmyerlimiz hakim Ramin Qurbanov çıxış etdi.
 
Həmçinin, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanov və Qazaxıstanın Ali Məhkəməsinin sədri Zakip Asanov, o cümlədən Avropa və Asiya ölkələrinin Ali məhkəmələrinin digər sədrləri arasında ikitərəfli görüşlər keçirildi.
 

Tony Pagone (Avstraliya)


Jose İgreja Matosun (Portuqaliya)


Ramin Qurbanov

O, Avropa məkanında ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində yaranmış vəziyyət, o cümlədən İsveçrə, Rusiya, Sloveniya, Malta, Fransa, Monteneqro, Albaniya və İspaniya kimi üzv dövlərdə görülmüş tədbirlər barədə məlumat verdi.

Həmin tədbirlərdə Azərbaycanı Hakimlər Assosiasiyasının sədri Ələddin Cəfərov və Ali Məhkəmənin hakimi Sənan Hacıyev təmsil edirdi.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:54 29.03.2020

Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

00:52 29.03.2020

Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü

00:51 29.03.2020

TƏBİB sədri: "Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır"

00:49 29.03.2020

Rüştü Rəcbər də koronavirusa yoluxdu

23:56 28.03.2020

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

23:44 28.03.2020

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!” - VİDEO

23:20 28.03.2020

Prezident: "Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir"

22:55 28.03.2020

Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"

22:52 28.03.2020

İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"

22:50 28.03.2020

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev

22:37 28.03.2020

“Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”

22:33 28.03.2020

Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO

22:25 28.03.2020

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

22:10 28.03.2020

Mehriban Əliyeva: "Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar"

21:53 28.03.2020

Azərbaycan Prezidenti: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına"

21:29 28.03.2020

İlham Əliyev tibb işçilərini alqışladı - VİDEO