06:36 Cümə, 15 Dekabr 2017
İDMAN

"Qəbələ"də nə baş verir? Futbolçular meydana dava etdi - VİDEO

14:00, 25.09.2017306

Topaz Premyer Liqasının 6-cı turunda keçirilən "Qəbələ” – "Neftçi” matçı (2:1) bitən kimi qalmaqal yaşanıb.

AZXEBER.COM xəbər verir ki, final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum çəkib.

Bu zaman iki futbolçu münaqişə yaranıb. Hər iki futbolçunu komanda yoldaşları ayırıb. Hakim futbolçuya qırmızı vərəqə göstərib. 

 

"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov oyundan (2:1) sonra komanda yoldaşı Stiven Jozef-Monrozla yaşadığı insidentdən danışıb.

Millimizin yarımmüdafiəçisi fransalı hücumçunun klounluq etdiyini bildirib: "Əsəbi hallar olur. Meydana daxil olarkən, Jozef-Monrozdan xahiş etdim ki, mənə ötürmə versin. Baş məşqçiyə fərqlənməyə qadir olduğumu sübut etdirmək istəyirdim. Əvəzində o, mənə ingiliscə, "Ağzını bağla" cavabını verdi. Oyun başa çatdıqdan sonra Jozef-Monroza yaxınlaşıb "Burda tək oynamırsan, kloun səhnəsi qurmaq lazım deyil. Driblinq etmək yox, cərimə meydançasına ötürmə vermək lazımdır" dedim. Əvəzində o, sifətimə zərbə vurdu. Araya girən komanda yoldaşlarımız bizi araladılar".

26 yaşlı oyunçu matçdan sonra baş məşqçi Roman Qriqorçukun ona heç nə demədiyini də əlavə edib: "Qriqorçuk bizə heç nə demədi. Paltardəyişmə otağından əşyalarımı götürdüm və çıxdım. Əsəbi halda otağı tərk etdiyim üçün baş məşqçinin Monroza nəsə deyib-demədiyini görmədim". 

0
XƏBƏR LENTİ