"Qələbə"si ləğv edilən Çingiz Qənizadə: “İndi açıqlama vermək vaxtıdır?”

"Qələbə"si ləğv edilən Çingiz Qənizadə: “İndi açıqlama vermək vaxtıdır?”
Seçki2024
17:40 13.02.2020
6906
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namiz Çingiz Qənizadənin nəticələri ləğv olunub. 

AZXEBER.COM-un əməkdaşı nəticələrin ləğvi ilə bağlı Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Telefona cavab verən keçmiş deputat bunları deyib: "İndi açıqlama vermək vaxtıdır? Bir imkan verin görək prosesdə nə gedir. Qoyun görək nə olur".

Qeyd edək ki, MSK sözügedən dairə ilə bağlı deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətlərini nəzərə alaraq Çingiz Qənizadənin nəticələrini ləğv edib.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR