09:34 Cümə, 21 Sentyabr 2018
DÜNYA

Qələbəyə 7 kilometr qaldı

14:47, 08.03.20182444
Qələbəyə 7 kilometr qaldı

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində davam etdirdiyi "Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3055 nəfərə çatıb.

TSQ-nin məlumatında bildirilir ki, son sutkada PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib.

Məlumatda Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin Afrinin mərkəzinə daxil olmasına 7 kilometr qaldığı da vurğulanıb.  

Qeyd edək ki, Türkiyə ordusunun Azad Suriya Ordusu ilə birlikdə Afrində keçirdiyi "Zeytun budağı” adlı anti-terror əməliyyatı 42 gündür davam edir.

XƏBƏR LENTİ