Qənirə Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

19 Sentyabr 2017, 17:43
AAA

Millət vəkili Q.Paşayeva İndoneziya nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb və hər zaman ədalətin yanında daha da çox olacağınızı gözləyirik deyib.

 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Azərbaycandda keçirilən 2-ci İndoneziya Mədəniyyət Günləri çərçivəsində İndoneziyadan gəlmiş nümayəndə heyəti ilə görüşüb. İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fananinin də iştirak etdiyi ilə görüş zamanı Azərbaycan İndoneziya ilə əlaqələrin və əməkdaşlığın daha da inkişafına böyük önəm verir deyən millət vəkili Q.Paşayeva deyib ki, ölkələrimiz arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, qarşılıqlı səfərlərin artması, sahibkarlarla yanaşı mətbuat və media qurumlarımız, fəal qadınlarımız arasında da əməkdaşlığın daha da genişlənməsi çox vacibdir. Bu istiqamətdə işlərə və layihələrə daha çox diqqət göstəril və göstəriləcək deyən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərbaycanda keçirilən 2-ci İndoneziya Mədəniyyət Günləri barədə də danışaraq Azərbaycan bizim üçün dostdan daha böyük məna daşıyır, Azərbaycan bizim üçün qardaş ölkədir və əməkdaşlığımızı da bu səviyyəyə artırmaq istəyirik və inanırıq ki yaxın zamanlarda İndoneziyada da Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı qərar veriləcək, çünki bu çox önəmlidir deyib. İndoneziyanın bütün beynəlxalq platformalarda ərazi bütövlüyü, Qarabağ problemi, Xocalı soyqırımı məsələlərində Azərbaycanı dəstəkləməsini bütün Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyən millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Qarabağ həqiqətlərinin İndoneziyada daha da geniş yayılması istiqamətində işlərin daha da artacağına inandığını deyən millət vəkili Q.Paşayeva İndoneziyanın bu məsələlərdə bundan sonra da hər zaman Azərbaycana böyük dəstək verəcəyinə inanırıq deyib. Azərbaycana gəlməkdən, yaxından tanımaqdan çox məmun olduqlarını deyən İndoneziya nümayəndə heyəti üzvləri öz fəaliyyətlərində bundan sonra da dost Azərbaycanın təbliğatına, əməkdaşlığımızın daha da genişlənməsinə xüsusi diqqət yetirəcəjlərini bildirib. Azərbaycanla bağlı nümayəndə heyəti üzvlərinə geniş bilgilər verən millət vəkili Q.Paşayeva onları maraqlandıran sualları da cavablandırıb və çox yüksək səviyyədə keçən 2-ci İndoneziya Mədəniyyət Günləri münasibəti ilə onları təbrik edib. İnşallah 3-cü İndoneziya Mədəniyyət Günlərini birlikdə işğaldan azad edəcəyimiz o gözəl bölgələrimizdə də qeyd edə bilək deyən millət vəkili Q.Paşayeva İndoneziyada da Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb və Azərbaycanın dost ölkədə daha da geniş tanıdılmasına xidmət edəcək bu addımın yaxın zamanlarda reallaşacağına ümid etdiyini deyib.Nümayəndə heyətinin üzvü, İndoneziya gözəli və İndoneziyanın Mədəniyyət Elçisi Qory Sandioriva Azərbaycana səfərdən, onu yaxından tanımaqdan çox şad olduğunu və Azərbaycanı çox sevdiyini, millət vəkili Q.Paşayeva ilə aralarında qurulan

dostluğun da əməkdaşlığımızın genişlənməsi üçün gözəl işlərə çevriləcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Q.Paşayeva İndoneziya nümayəndə heyəti üzvlərinə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı material və hədiyyələr təqdim edib. Görüş zamanı konkret layiihələr ətrafında maraqlı fikir mübadiləsi də olub. Nümayəndə heyəti millət vəkili Q.Paşayevanı İndoneziyaya səfərə də dəvət ediblər. Dəvəti böyük məmnuniyyətlə qəbul edən millət vəkili Q.Paşayeva dost İndoneziya ilə əməkdaşlığın genişlənməsinə xidmət edən layihələrdə böyük məmnuniyyətlə iştirak edəcəyini deyib.


Oxunma sayı : 400

SON XƏBƏRLƏR
Qurban Qurbanov: Şikayət etdik, cavabı hər kəsə bəllidi - 19 Oktyabr 2017, 00:20
Sentyabrın ən yaxşısı: nə Messi, nə Ronaldo... - 18 Oktyabr 2017, 22:54
“O hardan bilsin?” – Jeyladan yeni mahnı - 18 Oktyabr 2017, 22:17
"Qarabağ"dan tarixi zəfər! — YENİLƏNİB - 18 Oktyabr 2017, 21:56
“Qarabağ” - “Atletiko”: İlk hissədə qol yoxdur - Yenilənir - 18 Oktyabr 2017, 21:29
İki ekranlı smartfon təqdim edilib - Fotolar - 18 Oktyabr 2017, 21:05
“Space”in aparıcısı “Lider”ə keçdi - 18 Oktyabr 2017, 20:38
Dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb - FOTOLAR - 18 Oktyabr 2017, 20:03
"Qarabağ" azarkeşlərinə avtobuslar ayrılacaq - RƏSMİ - 18 Oktyabr 2017, 19:38
“WhatsApp”dan arzulanan YENİLİK gəlir - 18 Oktyabr 2017, 19:00
Azərbaycanda mədəsini kiçiltmiş məşhurlar - Onlar bunu niyə gizlədir? - 18 Oktyabr 2017, 17:54
Azərbaycanda bu təşkilatların könüllülərinə təqaüd veriləcək - SİYAHI - 18 Oktyabr 2017, 17:34
Azərbaycanlı qadının türk ərini öldürən çoban: Gecə məni yuxudan qaldırıb zorladı - 18 Oktyabr 2017, 17:27
DTX Bakıda əməliyyat keçirdi: radikal dindarlar həbs edildi - 18 Oktyabr 2017, 17:16
Məscidə gedən 17 yaşlı qızı maşında zorlayıb, öldürdükdən sonra gölə atdılar - 18 Oktyabr 2017, 16:54
Bakıda 2-ci sinifdə oxuyan uşaq əməliyyat masasında öldü - FOTO - 18 Oktyabr 2017, 16:47
Müğənni Könül Kərimova Kərəm Həsənovun rəhbəri olduğu idarəni məhkəməyə verdi - 18 Oktyabr 2017, 16:40
Türkə ərə gedən azərbaycanlı aktrisa: «Məni şantaj edir» - 18 Oktyabr 2017, 16:39
“İnterpol”un tapdığı azərbaycanlılar ölkəyə təhvil verildi - 18 Oktyabr 2017, 16:30
Bərdədə gənc özünü yandırdı - 18 Oktyabr 2017, 16:19
Könül Xasıyeva canlı yayımda ağladı: Buna dözə bilmirdim - VİDEO - 18 Oktyabr 2017, 16:18
"Qarabağ" 1:5 "Atletiko" - Gənclərimiz yenə uduzdu - 18 Oktyabr 2017, 16:12
"Ərizəni istəmədən yazmışam" - İşdən çıxarılan əməkdar artist - 18 Oktyabr 2017, 15:57
12 ildir ən reytinqli şou olan "Maşın"da 1 saat - REPORTAJ + FOTO - 18 Oktyabr 2017, 15:47
Azərbaycan universitetləri: 4 il oxu, axırda da qal işsiz... - 18 Oktyabr 2017, 15:45
Hava şəraiti dəyişəcək - 18 Oktyabr 2017, 15:38
"Qarabağ"ın oyununu stadionda izləyəcək azarkeşlərin NƏZƏRİNƏ! - 18 Oktyabr 2017, 15:22
"Unibank"dan özbaşınalıq - Sürücülərin, piyadaların və əlillərin yolunu kəsdilər – FOTO - 18 Oktyabr 2017, 15:20
“CBC Sport”-dan Türkiyə Süper liqasının yayımı ilə bağlı -AÇIQLAMA - 18 Oktyabr 2017, 14:34
Müxalifətin mitinqinə qatılan tanınmış aktyor işdən çıxarıldı: ""Azdrama" təsdiqlədi" - 18 Oktyabr 2017, 14:34
"Artıq qorxmuram: o, məni zorladı" - Olimpiya çempionu - 18 Oktyabr 2017, 14:31
"Qarabağ"ın gəncləri "Atletiko"nu cəzalandırdı - YENİLƏNİR - 18 Oktyabr 2017, 14:25
Ermənilər Şahbaz Quliyevi Şuşaya apardı - 18 Oktyabr 2017, 14:19
"Bu bütün türk xalqlarının ortaq problemidir" - Qənirə Paşayeva - 18 Oktyabr 2017, 14:07
“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi - 18 Oktyabr 2017, 14:01
Neslihan Atagül: "Sanki dünyanın ən gözəl qadınıyam" - 18 Oktyabr 2017, 13:59
Artıq Azərbaycanın da öz «Safari Park»ı var - VİDEO - 18 Oktyabr 2017, 13:45
"Mal-qaranı yumaq üçün olan dərmanı südə qatıb və uşağa verdim" - 5 yaşlı qızını zəhərləyib öldürən qadın - 18 Oktyabr 2017, 13:32
Arif Quliyev: "Bu maşın mənimdir, eşidin, bilin - VİDEO - 18 Oktyabr 2017, 13:24
Generaldan “Müsavat”ın yürüşü ilə bağlı - Açıqlama - 18 Oktyabr 2017, 13:22
Arzu Əliyevanın filminin Londonda nümayişi baş tutub - 18 Oktyabr 2017, 13:16
Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI - 18 Oktyabr 2017, 13:07
"Bu adamın teatrın fəaliyyətindən, tarixindən heç xəbəri yox imiş" - Direktor Rövşanəni tənqid etdi - 18 Oktyabr 2017, 13:04
Bakıda 2000 ev sökülə bilər - “Azərsu” iddia qaldırdı - 18 Oktyabr 2017, 12:56
Bakıda əcnəbi kişi tanış olduğu qadını evə apardı - başına iş gəldi - 18 Oktyabr 2017, 12:43
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10