16:51 şənbə, 16 Dekabr 2017
SOSİAL

Qənirə Paşayeva Kırşehir Kitab Fuarının açılışında Azərbaycandan danışdı

12:27, 25.09.2017427
Qənirə Paşayeva Kırşehir Kitab Fuarının açılışında Azərbaycandan danışdı
Millət vəkili Q.Paşayeva Kırşehir Kitab Fuarının açılışında Azərbaycandan danışıb və gəncləri Türk dünyasını geniş öyrənməyə çağırıb.
 
Türkiyənin Kıhşehir vilayətində keçirilən Beynəlxalq Kitab Fuarında iştirak etmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva tədbrin açılışındakı çıxışında Türk dünyası siyasətçiləri, aydınları, yazar, şair, araşdırmacı və jurnalistlərinə üz tutaraq Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb. Q.Paşayeva aydınlara, KİV-lərə səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib: "Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq." Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bu məsələdə siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Beynəlxalq Kitab Fuarının açılışına Azərbaycanı Fəxri Qonaq kimi dəvət etdikləri üçün Kırşehir bələdiyyəsi və valiliyinə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva açılış mərasimindəki çıxışını "inşallah yaxın zamanlarda belə Beynəlxalq Kitab Fuarlarını birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil”, - deyərək bitirib. Kitab Fuarının açılışında Türkiyənin İdman və Gənclər naziri Osman Aşkın Bak, Kırşehir bələdiyyə başqanı Yaşar Bahceci də geniş çıxış ediblər və bu cür tədbirlərin önəmindəndanışıblar. Beynəlxalq Kitab Fuarının açılış lentinin kəsilməsindən sonra qonaqlar sərgi ilə geniş tanış olublar və bir sıra tanınmış yazar, şair, araşdırmaçılarla maraqlı görüş, gənclərlə önəmli fikir mübadiləsi olub. Millət vəkili Qənirə Paşayeva açılış iştirakçılarına qardaş Türkiyədə yeni çapdan çıxmış "Turan yolçusu” və "Aşk yolçusu” kitablarını hədiyyə edib.
0
XƏBƏR LENTİ