04:55 çərşənbə, 19 Dekabr 2018
SİYASƏT

Qənirə Paşayeva mükafata layiq görüldü

13:55, 30.05.2013845
Qənirə Paşayeva mükafata layiq görüldü

Türkiyənin ən böyük media dərnəklərindən biri olan Radio Evi Dərnəyi (RADEV) tərəfindən təşkil edilən ənənəvi 5-ci RADEV Artı Ödülləri sahibləri məlum oldu. Millət vəkili Qənirə Paşayeva RADEV tərəfindən "Yılın Uluslararası Pozitif Kültür Elçisi" mükafatına layiq görülüb. Millət vəkili Qənirə Paşayeva bu mükafatı bütün müsəlman Şərqində ilk parlamentili demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95-ci ildönümü günlərində və Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında ilk və çox böyük tarixi anlaşmanın da 95-ci ildönümündə qardaş Türkiyədə almasından çox məmnun olduğunu deyib. Bütün müsəlman Şərqində ilk dəfə qadınlara seçmək və seçilmək haqqının məhz Azərbaycanda, həm də bir sıra Qərb ölkələrindən də əvvəl verildiyini deyən millət vəkili Qənirə Paşayeva bununla hər zaman qürur duyduğunu deyib və Cümhuriyyət qurucularına Allahdan rəhmət diləyib və onları dünyanın harada yaşamasından asılı olmayaraq hər bir Türk insanın şükranla yad etməli olduğunu deyib. .

Qeyd edək ki,millət vəkili Qənirə Paşayeva RADEV tərəfindən "Yılın Uluslararası Pozitif Kültür Elçisi" mükafatını aldıqdan sonra çıxışında bu ödülün “Gözəl ölkəm Azərbaycan, gözəl xalqım və şəhidlərimiz adına alıram” deyib. O, çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə günahsız insanın həyatının məhv olması, özü də daxil olmaqla 100 minlərlə azərbaycanlının yaşadığı ağrı-acılardan, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb. O, çıxışının sonunda “Ermənistanın işğalı altında olan böyük mədəniyyət mərkəzlərindən biri, qədim Qarabağımızda çoxlu vandalizm aktları törədilib. Mən arzu edirəm ki, gələn dəfə bu ödül törənini birlik və bərabərlik içərisində Ermənistanın işğalından azad edəcəyimiz o gözəl torpaqlarımızda, Dağlıq Qarabağda, Xankəndində, Xocalıda, Şuşada və bütün digər o gözəl bölgələrimizdə qeyd edək. Bu işğallar davam etdikcə nə bölgədə, nə dünyada barış ola bilməz. Ona görə də dünyada hər bir kəs bu barışın yaranması üçün səylərini artırmalıdır.”, – dedi.

Azərbaycan və Türkiyənin ümummilli lider Heydər Əliyevin vurğuladığı kimi "bir millət iki dövlət" olduğunu deyən millət vəkili Qənirə Paşayeva “Türkiyənin daha da güclənməsi Azərbaycanın güclənməsi deməkdir, Azərbaycanın daha da güclənməsi Türkiyənin daha da güclənməsi deməkdir deyib və dövlətlərimizin birliyinin, həmrəyliyinin artması istiqamətində hər birimiz daha da çox çalışmalıyıq”, - deyib.

Millət vəkili Qənirə Paşayevaya mükafatı Türkiyə Böyük Millət Məclisinin Sağlıq Komissiyasının rəhbəri, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Necdət Ünivar təqdim edib. Bütün Azərbaycanı və Türk dünyasını Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95 illiyi münasibətilə təbrik edən Necdet Ünivar Azərbaycanın milli lideri Heydər Əliyevin "bir millət iki dövlət" kəlamını xatırladaraq Azərbaycan və Türkiyənin hər zaman birlikdə olacağını deyib. "Bu mükafatı millət vəkili Qənirə Paşayevaya təqdim etməkdən çox məmnunam. Çünki o, Azərbaycan qədər Türkiyənin də millət vəkilidir və hər zaman Azərbaycanın, Türkiyənin və ümumilikdə Türk dünyasının maraqlarının müdafiə olunması, münasibətlərimizin daha da genişlənməsi istiqamətində yorulmadan çalışır. Dəyərli bacımızı təbrik edirik."

Mükafatı alan millət vəkili Qənirə Paşayeva RADEV təşkilatının rəhbərliyinə Azərbaycan həqiqət, mədəniyyətinə dair kitablar, həmmüəllifi olduğu “Azərbaycan həqiqətləri” adlı filmlər toplusunu, “Qaradağlı Soyqırımı şahidlərin dili ilə”, “Hocalı Soykırımı” kitablarını və “Ruhum Qarabağlıdır” filmini təqdim edib.

XƏBƏR LENTİ