14:27 Bazar Günü, 23 Fevral 2020
Seçki2020

Qənirə Paşayeva Bozalqanlı kəndindən olan seçicilərlə görüşüb - FOTOLAR

22:09, 26.01.20202737
Qənirə Paşayeva Bozalqanlı kəndindən olan seçicilərlə görüşüb - FOTOLAR
105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Bozalqanlı kəndindən olan seçicilərlə görüşüb. 
 
Sakinlərlə görüşdə Q.Paşayeva 14 illik deputat fəaliyyətindən bəhs edib, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə təmsil etməyə, Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına var gücü ilə çalışdığını bildirib. O deyib:

"Millət vəkili olduğum dövrdə Tovuzda nə özüm, nə də ailəm üçün 1 sot torpaq belə almadım. Tovuzda mənim ailəm kiçik də olsa heç bir bizneslə məşğul olmadı və mənim ailəmin nə burada, nə də Azərbaycanın hər hansı bir bölgəsində heç bir biznesi yoxdur. Qohumlarımın Tovuzda vəzifəyə təyin edilməsi xahişi ilə  heç bir zaman  müraciət etmədim. Bu 14 il ərzində hər zaman Tovuzu və tovuzluları layiqincə təmsil etməyə, sizi narahat edən məsələləri Milli Məclisdə səsləndirməyə və həllini tapması üçün aidiyyatı qurumlara müraciət etməyə çalışdım. Bu illər ərzində tovuzlulardan mənə ünvanlanan və Milli Məclisdə rəsmi qeydiyyatdan keçən yüzlərlə məktubun hər birinin araşdırılması, baxılması və həllini tapması üçün müvafiq qurumlara rəsmi məktub ilə göndərdik. Millət vəkili olduğum illərdə sizin müraciətləriniz əsasında göndərilən məktubların sayını arzu edən hər bir vətəndaş Milli Məclisin müvafiq şöbəsindən əldə edə bilər. Eyni zamanda sizi təmsil edən millət vəkili olaraq ölkəmizi çalışdığım beynəlxalq təşkilatlarda, iştirak etdiyim beynəlxalq tədbirlərdə layiqincə təmsil edə bilmək və hamımızın yaralı yeri olan Qarabağ probleminin dünyada tanıdılması istiqamətində var gücümlə çalışdım. Əgər təkrar dəstək və etimad göstərərsinizsə sizin Milli Məclisdə səsiniz olaraq bundan sonra da sizi narahat edən və maraqlandıran məsələləri səsləndirməyə çalışacağam.”

Qənirə Paşayeva Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun həllini gözləyən problemlerinin həllinin daha da sürətlənəcəyini deyib. Ölkəmizin inkişafı istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan böyük islahatlardan da danışan Qənirə Paşayeva bildirib ki, bu istiqamətdə hər birimiz əlimizdən gələni etməliyik.

Görüşdə çıxış edən kənd sakinləri, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirərək, yenidən ona səs verəcəklərini deyiblər.

Görüşdən sonra Qənirə Paşayeva kənd sakinlərinin istəyi ilə  vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, sakinləri narahat edən problemlərin həll olunması istiqamətində müvafiq qurumlara müraciət edəcəyini deyib. Q.Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı, seçki platformasından da danışıb, vətəndaşları maraqlandıran, narahat edən məsələlərlə bağlı bəzi sualları da cavablandırıb.

Qənirə Paşayeva həmçinin kəndi gəzərək bir sıra şəhid ailələri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanızdayıq deyib. Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələrinə dərin təşəkkürünü bildirən Q.Paşayeva sizin bu dəstəyiniz mənim üçün mənəvi anlamda da çox böyükdür deyib.
 

 

 

 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ