21:57 çərşənbə, 16 Yanvar 2019
SİYASƏT

Qərbin böhtan tribunasının “milli ayaq”ları, yaxud müxalifətçilər necə “siyasi mühacir” olurlar?

11:52, 08.01.20193335
Qərbin böhtan tribunasının “milli ayaq”ları, yaxud müxalifətçilər necə “siyasi mühacir” olurlar?

Samir Feyruz


 

Ölkələrə inqilablar, təlatümlər ixrac edənlərin "siyasi mühacir” şəbəkəsinin pasportu

Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edərək Qərb ölkələrində peyda olan və özlərini "siyasi mühacir” adlandıranlar dövlətimiz əleyhinə aparılan məkrli kampaniyanın elementləridirlər. İlk olaraq siyasi mühacir anlayışına aydınlıq gətirək: siyasi, iqtisadi və ya dini səbəb üzündən ölkəsini tərk edib başqa ölkəyə köçən və orada yaşayan adama siyasi mühacir deyilir. Çirkin kampaniyanın tərkib hissəsi olaraq dövlətimizin, millətimizin ünvanına təhqirlər yağdıranlarların siyasi mühacirliklə heç bir əlaqəsi yoxdur.

 

Onlar ölkəmizdə heç vaxt siyasi təzyiqlərə məruz qalmayıblar, həmin şəxslərin hüquq və azadlıqları digər vətəndaşlar kimi ən yüksək səviyyədə qorunub. Lakin xislətində xəyanət hüceyrələrinin dərin kök saldığı şəxslər üçün məhz "siyasi mühacir” adı altında xaricə getmək, oradan aldıqları qrantların müqabilində öz ölkəsi haqqında çirkin kampaniya aparmaq elə də çətin deyil. Onlar Qərbin bəzi təxribatçı təşkilatlarının və ölkələrə inqilablar, təlatümlər ixrac edən "demokratik” dövlətlərin kəşfiyyat orqanlarının qulbeçəsi, böhtan ruporu rolunda çıxış edirlər. Belələri bütün ölkələrin siyasi tarixlərinin zibil qutusunda özlərinə əbədi pasport qazanıblar. Heç şübhəsiz ki, bu günə qədər dövlətimizə qarşı yönələn, sükanı xarici kəşfiyyat orqanlarının, ermənipərəst qüvvələrin, anti-Azərbaycan şəbəkəkənin əlində olan böhtan maşınları və onun "siyasi mühacir”lər kimi xırda detalları heç vaxt istəklərinə nail ola bilməyiblər. Bundan sonra da bu, mümkün olmayacaq.

Şəxsi uğursuzluqlardan yaranan depressiya, ittiham olunan güclü dövlət, səfil həyat və sonda satqın

Bəs bu "siyasi mühacir”lər xarici ölkərə hansı səbəbdən və necə gediblər? Belələri yalançı bəhanələrlə (siyasi təzyiq, söz azadlığının məhdudlaşdırılması, siyasi repressiya, dini və cinsi istəklərin qorunmaması və. S) ölkələrini tərk etmək üçün saxta sənədlər düzəldirlər. Təsadüfi deyil ki, "siyasi mühacir”lər elə Qərbin bir çox sivil ölkələrində böyük bir beynəlxalq cinayətkar şəbəkənin üzvləri hesab olunurlar. Xarici ölkələrə siyasi mühacir kimi getmək üçün həmin cinayətkar şəbəkənin formalaşdırdığı xüsusi prosedurlar da var və həmin şəxslər buna əməl etməli, hər bir addımı xüsusi həssaslıqla atmalıdırlar. Söhbət nədən gedir? Məsələn, siyasi mövqeyinə görə hakimiyyətə müxalif olan bir nəfər xaricə getmək istəyir, bu zaman o, ilk olaraq ölkənin ən radikal bir siyasi təşkilatına üzv olmalıdır. Ardınca həmin şəxs siyasi partiyanın keçirdiyi icazəli, yaxud icazəsiz aksiyada iştirak etməli və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə məqsədli şəkildə münaqişə yaratmalıdır.

 

Bu zaman öncədən "kirayələnmiş” fotoqraf həmin şəxsin müxtəlif pozalarda fotosunu çəkməlidir. Guya polis bu şəxsə zor tətbiq edib. Daha sonra bu şəxs haqqında radikal, ermənipərəst şəbəkənin maliyyəsi hesabına "ayaq üstündə duran” həmin siyasi təşkilatın nəzarətində olan KİV-lərdə materiallar dərc olunmalıdır. İctimai rəyi çaşdırmaq üçün sosial şəbəkələrdə "sponsor dəstəkli” materiallar yayımlanır. Sonrakı mərhələdə isə siyasi partiyadan arayış almalı olur, bu kimi digər saxta sənədlər hazırlanır. Və nahəyət,artıqbeynəlxalq cinayətkar şəbəkənin üzvü olan bu şəxslər "siyasi mühacir biznesi”nin elementləri olurlar.

 

Sonda siyasi partiyanın rəhbərinin pulu verilməlidir ki, xaricdə yerini hazırlasınlar. "Siyasi mühacir”lərin ölkəni tərk etmələri üçün müxtəlif yollar movcuddur. Bəs səbəb nədir? Şübhəsiz ki, belələri uzun müddət şəxsi həyatlarında dərin xaos yaşayan, müsbət amillərdən uzaq, işləməkdən qorxan, fəaliyyətsizliyi ucbatından yaranan sosial problemlərdən, ailə münaqişəsi zəminində (boşanmalar, əmlak davaları və s. ) aldığı travmalardan əziyyət çəkən şəxslərdir. Bəs edir ki, onlarda cüzi siyasi "dünyagörüş” olsun. Bu zaman bütün uğursuzluqlarının səbəblərini özündə deyil, dövlətdə axtarmağa başlayacaqlar. Yolla gedən zaman ayağına daş dəysə, hakimiyyəti, dövləti ittiham edəcək.

 

Çünki anlayır ki, ölkədə bu adama heç kim gətirib aylıq pul verməyəcək ki, işləmədən-əziyyət çəkmədən şad-xürrəm yaşasın. Bu, heç bir ölkədə mümkün deyil axı. Lakin bu zaman eşitdiyi nağıllar "dad”ına çatır: Avropada insanlara aylıq böyük pullar, ev, maşın verirlər, hər şeylə təmin edirlər, özü də bütün bunları işləmədən ələd edirsən. Maraqlıdır, ağlı başında olan, normal adam anlamalıdır ki, dünyada utopik cəmiyyət yoxdur və əziyyət çəkmədən heç nəyə nail olmaq mümkün deyil. Təbii ki, ölkəmizdəki sağlam rəqabət mühiti, qohum-qonşunun əziyyət çəkib əldə etdiyi maşınlar, evlər belələrində dərin bir depressiya yaradır. Öz cılızlığını başa düşür, iradəsizlik onları nağıllara aparır və yuxarıda qeyd etiyimiz kimi, saxta sənədlərlə, yaxud digər yollarla üz tuturlar Avropaya. Nəticədə görürlər ki, Avropada nə yel əsib, nə də qoz tökülüb.

 

Səfil vəziyyətə düşürlər, ölkəyə qayıtmağa üzləri də gəlmir və başlayırlar doğma vətəni haqqında ermənipərəst qüvvələrlə işbirliyinə.

 

"Siyasi mühacir”lərin söyüş "texnologiya”sı, yaxud zorlanmış mənəviyyat

Qərb konfliktoloqları bildirirlər ki, siyasi mübarizədə (əgər buna mübarizə demək mümkündürsə) söyük söymək iyrənc tendensiyadır. Azərbaycandan xaricə gedib oradan ölkə rəhbərliyinin, dövlətin ən üst adamlarının, onların ailə üzvlərinin ünvanına təhqir, və hədyan yağdıranların kimliyi hər kəsə bəllidir. Və cəmiyyətimiz bütünlüklə belələrini lənətləyir. Söhbət Vidadi İsgəndərli, Orduxan Temurxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Səid Nuri və digər bu kimi adamlardan (?) gedir. Təsəvvür edin, V.İsgəndərlinin həyat tarixçəsində nə özündə, nə də başqalarında xoş təəssürat yaradan heç bircə nüans belə yoxdur. Savadsızlıq, naşılıq, itirilmiş mənəvi- ruhi dəyərlər bu insanı (?) tamamilə fərqli bir kökə salıb. Şübhəsiz ki, xislətində naqislik olmayan, millətinə, dövlətinə sadiq olan bir adam bu kökə düşə bilməzdi. Müxtəlif ölkələrin son 20 ildə baş verən hadisələrini araşdıran zaman görürük ki, siyasi "mübarizə”də söyüşdən istifadə edən şəxslər gec-tez qanun qarşısında cavab verməli olublar.

 

Əslində V.İsgəndərli özü də başa düşür ki, atdığı addımlar onu heç bir halda cinayət məsuliyyəti daşımaqdan yayındırmır, siyasi "mübarizə”, "siyasi mühacir” adı altında səsləndirdiyi fikirlər gec-tez onun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək. Əvvəla, insanları təhqir etmək cinayətdir. Digər tərəfdən, dövlət atributlarının, dövlətin ən üst adamlarının, onların ailə üzvlərinin təhqir olunmasından, dövlət əleyhinə, iğtişaşlara, itaətsizliyə çağırışlardan söhbət gedirsə, o zaman V.İsgəndərlinin hansı tipdə cinayətkar olduğu bəlli olur. Nəzərə alsaq ki, ölkəmiz haqqında hələ bir neçə il bundan öncə Avropada yaşayan ermənilər tərəfindən söyüş kampaniyası başladılıb və onlarla eyni dəsti-xətdə çıxış edən V.İsgəndərlinin bu gün kimlərin pulu ilə nəyə xidmət etdiyi aydın olur. Ssenari eynidir, müqayisə üçün ermənilərin hələ illər öncə dövlətimiz əleyhinə apardığı işləri elə internet vasitəsilə araşdırın. Bu adam(?) dövlətimizi ləkələmək üçün öz doğma dədəsinin(?) qəbrini təhqir etdirməkdən çəkinmədi. Nədi-nədi, mənasız ittihamlarına reaksiya verilmədiyini görüncə, bu varianta əl atdı. Ancaq bir şeyi nəzərə almadı ki, buna heç kim inanmayacaq. Ondan fərqli olaraq ən ali dəyərlərin daşıyıcısı olan şəxsiyyətlər onun dədəsinin qəbrini təhqir etdirməzlər.

 

Artıq kələfin ucu çoxdan görünüb, bu vasitə ilə dövlətə təzyiq edə biləcəyini düşünən bu düşüncəsiz daha rəzil bir duruma düşdü. O.Temurxan Azərbaycan xalqının müqəddəs dəyər kimi sevdiyi şəxsiyyətlər haqqında ifadələr işlətdiyinə görə xalqımızın nifrət hədəfinə çevrilib. Bədbəxt, yazıq və çarəsiz durumda olan bu adam(?) ironik hərəkətlərlə diqqət çəkmək istəyir və özülüyndə bunu siyasi "mübarizə” kimi qələmə verir. Yadınızdadırsa, cəmiyyət içərisindəki videolarının bir çoxunda insanların Orduxana qarşı xüsusi aqressiyasının şahidi oluruq. Niderland küçələrində dövlətimiz əleyhinə danışan, nalayiq ifadələr işlədən zaman bir Türkiyə vətəndaşı ona yaxınlaşıb tənbeh etdi. Bunu hamımız onun videolarında bir neçə dəfə izləmişik. Müsəlman dövlətlərinin Avropadakı qaçqınlarının təşkil etdiyi aksiyalara özbaşına soxulub Azərbaycan haqqında mənfi fikirlər almağa çalışan Orduxan dəfələrlə böyük təpki ilə üzləşib. Bunu da onun videolarından izləmişik. Məhəmməd Mirzəli, Tural Sadıqlı arasındakı insident bütün məsələlərə güzgü saldı. Böyük məbləğdə qrant alıb ölkəmizi, dövlətimiz söyməli olan T.Sadıqlı M.Mirzəliyə cəmi 100 avro pul göndərmişdi. Yəni öncədən vəd edilən məbləğ M.Mirzəliyə çatmadı. Bu zaman o, T.Sadıqlını canlı yayımda ifşa etdi.

 

Bu adamlar (?) Orduxanın dostları, onunla eyni bulaqdan su içənlərdirlər. Səid Nurinin kimliyi isə hər kəsə bəllidir, otellərdə, kafelərdəki əxlaqsız hərəkətləri ilə yaddaşlarda qalıb və onun bütün "cinsi akt” səpgili videoları internetdə var. Bumu bizə əxlaq dərsi verir? Və digər eyni şəbəkənin üzvü olan bu tip adamların (?) məqsədi eynidir. Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilən Mehman Hüseynovu da piştaxtaya çıxarıb "siyasi mühacir”lər. Onun həbsindən şou düzəldərək xaricdən əldə etdikləri qrantların məbləğ və çəkilərini artırmaqla məşğuldurlar. Əmin olun, yaxın günlərdə özləri bir-birini ittiham edəcəklər və M.Hüseynovun "müdafiə”si məqsədilə aldıqları qrantların taleyindən elə özləri danışacaqlar.

 

Bəs "siyasi mühacir”lərin məqsədi nədir?

Bu "siyasi mühacir”lərin hədəfləri eynidir, başqa cür desək, onlar pul müqabilində tapşırıqlar alıb əmr icra etməklə məşğuldurlar. Məqsədləri:

Ermənistanı çətin durumdan, dalandan çıxarmaq;

Azərbaycanı ideoloji savaşda Ermənistana uduzdurmaq;

Dağlıq Qarabağın işğalı faktını beynəlxalq aləmdə legitimlədirmək;

Azərbyacanın digər dövlətlərlə münasibətlərinə xələl gətirmək;

Azərbaycanın beynəlxalq imicini zədələmək;

Ölkədə xaos, kütləvi itaətsizlik yaratmaq;

Beynəlxalq təşkilatların Azərbaycana təzyiqinə nail olmaq;

Azərbaycana xarici investorlarının, sərmayənin axının qarşısını almaq;

Azərbaycan məhsullarının xarici ölkələrdəki təqdimatını məhv etmək, bazara daxil olmasını əngəlləmək;
Diaspor təşkilatlarımızın daha ciddi şəkildə formalaşmasına mane olmaq və s.


Lakin "siyasi mühacir”lər sadalanan halların heç birinə nail ola bilməyiblər və bundan sonra da niyyətləri həyata keçməyəcək. Çünki Azərbaycan zədələnməsi mümkün olmayan böyük beynəlxalq imicə, böyük və qüdrətli iqtisadiyyata, ən mütərəqqi qanunlara, düşmən dövlət üzərində müqayisə olunmayacaq dərəcədə böyük siyasi-iqtisadi üstünlüklərə malikdir. Təsadüfi deyil ki, Azərbaycanın haqlı mövqeyi, həyata keçirdiyi dünya və region əhəmiyyətli layihələr bütün dünya tərəfindən təqdir olunur. Və bütün bu uğurlar dövlət başçısının atdığı müdrik addımlar sayəsində əldə olunmuşdur.

Növbəti yazılarda:

1."Siyasi mühacir”lərin ittihamlar səsləndirərək Qərb dövlətlərindən gətirdiyi "nümunə”lər və onların Azərbaycanla müqayisəli təhlili

2."Siyasi mühacir”lərin ictimaiyyətə bəlli olmayan tərəfləri və kimlikləri

 

 

 

XƏBƏR LENTİ