10:19 çərşənbə, 19 Fevral 2020
DÜNYA

Təyyarə qəzasında ölən qadının şanssızlığı: Yerini son anda dəyişibmiş

13:16, 08.02.20209311
Təyyarə qəzasında ölən qadının şanssızlığı: Yerini son anda dəyişibmiş
İstanbulda qəzaya düşən sərnişin təyyarəsində həlak olan 3 qadından biri də Alev Gençoğlu olub.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, onu bu ölümə belə demək olarsa, təsadüflər aparıb. Belə ki, əvvəlcə İstanbula aldığı biletinin vaxtını dəyişən qadın daha sonra da təyyarədəki yerini 11-dən hava gəmisinin parçalandığı hissəyə, yəni 6-cı sıraya dəyişib. 

Mühasib olan Gençoğlunun bir müddətdir ki, təqaüdə çıxdığı bildirilir. Dünən dəfn edilən qadının pilot qardaşı onunla son söhbətini belə xatırlayır:

"Mən ona İstanbulda həkimə getməsini tövsiyə etsəm də, tanıdığı həkimin İzmirdə olduğunu dedi. Geriyə bilet saat 21:00-a idi. Ancaq bacım işi tez bitdiyi və axşam qar yağacağı üçün biletini 17:00-a dəyişdi. Gecəyə qalmaq istəmirdi".

Xatırladaq ki, fevralın 5-də "Pegasus" hava yollarına məxsus İzmir-İstanbul aviareysi üzrə hərəkət edən "Boeing 737-800" təyyarəsi dəniz üzərindən Sabiha Gökçən Hava limanında sərt eniş edərkən sürüşərək zolaqdan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər (Zehra Bilgi Koçar, Alev Gençoğlu və Songül Bozkurt) həyatını itirib, 179 nəfər xəsarət alıb.

Qeyd edək ki, qəzada ölən üç qadının da yanaşı əyləşdiyi bildirilir.
 

 

 

 


XƏBƏR LENTİ