"QHT jurnalistikasının inkişafı üçün geniş imkanlar mövcuddur"

07 Oktyabr 2017, 10:48
AAA
Azərbaycanda QHT jurnalistikasının inkişafı üçün geniş imkanlar mövcuddur.
AZXEBER.COM xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Quba rayonunda keçirilən "QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri" mövzusunda konfransda bildirib.

V.Quliyev qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin inkişafında, onların fəaliyyətinin genişlənməsində dövlətin hər zaman maraqlı olduğunu qeyd edib. Məhz bu səbəbdən Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası" və "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq olunduğunu, bu sənədlərin məntiqi davamı olaraq, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını diqqətə çatdırıb. O, hər iki qurumun yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm töhfə olduğunu, həm QHT-lərə, həm də KİV-lərə dövlət dəstəyini rəsmiləşdirən və onların Azərbaycanın siyasi sistemində yerini daha da möhkəmləndirən bu addımları demokratik quruluşların ən mühüm atributlarından olan vətəndaş cəmiyyətinin əsaslarının gücləndirilməsinə təkan verdiyini vurğulayıb.

V.Quliyev KİV-lərin Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri olduğunu, onların cəmiyyətin formalaşmasında, inkişafında mühüm rolu oynadığını diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin mətbuatı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi gördüyünü, məhz buna görə də mətbuat üzərindən bütün ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdığını xatırlatdı.

Şura sədrinin müavini cəmiyyət həyatının bütün sahələrində qeyri-hökumət təşkilatlarının mühüm rol oynadığını qeyd edərək, ölkədə həmin qurumların təşəbbüsü və dövlətin dəstəyi ilə ictimai əhəmiyyət kəsd edən layihələr həyata keçirdiklərini bildirdi.

Konfransın əhəmiyyətindən danışan V.Quliyev vətəndaş cəmiyyətinin 2 aparıcı institutu olan QHT və KİV-lərin əməkdaşlığının vacibliyini vurğulayıb. O, QHT-lərin həyata keçirdiyi proqram və layihələr barədə ictimaiyyətin dolğun məlumat alması, habelə yerli səviyyədə problemlərin birgə araşdırılıb dövlət qurumlarına təqdim edilməsi, sorğu və monitorinqlərin keçirilməsi baxımından KİV-lərlə qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunub. Əlavə edib ki, QHT-lərin fəaliyyəti ilə yaxından tanış olduqca cəmiyyətdə təşəbbüskarlıq daha artır. Bu da öz növbəsində, imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatının bütün sahələrində yaxından iştirak etsin, milli maraqların qorunması sahəsində ictimai təsisatların fəaliyyəti təşviq edilsin, onlar sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər.

V.Quliyev QHT jurnalistikasının inkişafı üçün geniş imkanların mövcud olduğunu, bu sahədə yeni təşəbbüslərin hər zaman dəstəkləndiyini də diqqətə çatdırıb. O, QHT-lərlə bağlı ixtisaslaşmış bir neçə mətbu orqanın olduğunu, onların sayının gələcəkdə artacağına ümid bəslədiyini qeyd edib.

Oxunma sayı : 121

SON XƏBƏRLƏR
Mariya Şarapova ilk sevgisi haqda: Bir gecənin içində... - 17 Oktyabr 2017, 22:32
Bakı metrosunda gənc qız özünü qatarın altına atmaq istədi – FOTO - 17 Oktyabr 2017, 22:25
Mətanətdən Rövşanə haqda qalmaqallı sözlər: "Bədbəxt insan..." - 17 Oktyabr 2017, 21:19
Təranə ilə küsülü olduğu Cabbar arasında efirdə dava - 17 Oktyabr 2017, 20:18
Tibb Universitetinin tələbəsini öldürən şəxslər tutuldu - 17 Oktyabr 2017, 19:31
Bu qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən alındı - 17 Oktyabr 2017, 19:22
Arif Qaraşov: "Maşını oğlum yox, sürücüm idarə edib, o da cəzasını alacaq" - 17 Oktyabr 2017, 19:02
Müşfiq Mədətovun bıçaqlanmasından əvvəl və sonra baş verənlərin pərdəarxası - 17 Oktyabr 2017, 19:00
Vüsalə Kərimova: “Tərbiyəsizlik əri yanında olarkən sevgilini də yanında gəzdirməkdir"- Video - 17 Oktyabr 2017, 18:49
Alimlərdən qorxunc proqnoz - Günəşdə "super partlayış" olacaq - 17 Oktyabr 2017, 18:01
“Stimul” klinikası haqqında şok iddia: "Palatalardakı kameralarla xəstələr izlənilir" (FOTOLAR) - 17 Oktyabr 2017, 17:59
Cəbhəyani bölgələrin məktəblərində vətənpərvərlik mövzusunda inşa musabiqəsi təşkil olundu - 17 Oktyabr 2017, 17:54
DÇ-2018: İtaliya - İsveç, Xorvatiya - Yunanıstan - 17 Oktyabr 2017, 17:48
Türkiyədə kömür mədəni çökdü: Ölənlər var - 17 Oktyabr 2017, 17:46
“Qarabağ” ispan futboluna yaxın oyun göstərir" – Dieqo Simeone - 17 Oktyabr 2017, 17:42
Masallıda qadın bədbəxt hadisə nəticəsində öldü - 17 Oktyabr 2017, 17:39
Piyadanı vuran “AA” seriyalı maşının sahibi bəlli oldu - Tanınmış məmurun oğludur - 17 Oktyabr 2017, 17:09
"Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli oldu - 17 Oktyabr 2017, 17:04
Nazir müxalifətin mitinqinə qatılan aktyorlardan danışdı: "Təəssüfləndirici haldır" - 17 Oktyabr 2017, 16:50
Sevgilisini qətlə yetirən Aygül: Dəhlizdə saçımdan tutub saxladı... - 17 Oktyabr 2017, 16:40
Nəsimi rayonunda 18 oktyabr - Dövlət müstəqilliyi günü münasibətilə tədbir keçirilib - 17 Oktyabr 2017, 16:35
Sabiq icra başçısının oğlu vəfat etdi - 17 Oktyabr 2017, 16:25
FHN əsgəri özünü bıçaqladı - 17 Oktyabr 2017, 16:11
Azərbaycanda avtomobil yollarında təhlükə - Getdiyiniz yerdə sürüşə bilərsiniz - RƏSMİ - 17 Oktyabr 2017, 16:08
Vəzifəsindən azad olunan imam QMİ-nin əmrinə tabe olmur - 17 Oktyabr 2017, 15:56
Xızıda silah anbarındakı partlayışla bağlı AÇIQLAMA - 17 Oktyabr 2017, 15:56
Güzəştli mənzil satışı ilin sonuna kimi başlanıla bilər - 17 Oktyabr 2017, 15:25
"Xaricdən təklif olsa, pula baxmayıb gedəcəyəm" - Qara Qarayev - 17 Oktyabr 2017, 15:24
Sabiq deputatın oğlu DİN-i məhkəməyə verdi - 17 Oktyabr 2017, 15:06
"Bizim iki əsas problemimiz var, biri vergidir, digəri isə kinoteatrlar..." - Müsahibə - 17 Oktyabr 2017, 15:01
Azərbaycanlı kriminalın "oğru" adı özünə qaytarıldı - 17 Oktyabr 2017, 14:53
DİN-in mətbuat xidmətinin regional bölmələri fəaliyyətə başlayıb - 17 Oktyabr 2017, 14:51
“Marca” “Qarabağ”dan yazdı: “Evsiz çempion” - 17 Oktyabr 2017, 14:27
Qənirə Paşayeva “Ortadoğuda Türklüyün sıcak gündemi” adlı konfrans verib - 17 Oktyabr 2017, 14:12
Leyla Əliyeva müraciət etdi: Onlara kömək edək - 17 Oktyabr 2017, 14:06
Ana iki oğlunu sobada bişirib, öldürdü - 17 Oktyabr 2017, 14:01
"Türkiyə Dağlıq Qarabağa qanunsuz səfər edən vətəndaşları ilə bağlı məsələyə diqqət yetirməlidir" - 17 Oktyabr 2017, 13:38
"Bozbaş"ın "Qılman hoca"sı: "5 il kloun işləmişəm" - 17 Oktyabr 2017, 13:34
Deputat oğlunu özünə müavin təyin etdi - 17 Oktyabr 2017, 13:27
Bakıda intihar edən müəllimin - FOTOSU - 17 Oktyabr 2017, 13:20
Elarizlə Mehriban Xanlarova sevgili olub: "Ona vurulmuşdum" - 17 Oktyabr 2017, 13:16
"Azərbaycanın ən parlaq ulduzu" bu 3 məşhurdan biri olacaq - 17 Oktyabr 2017, 13:11
BNA “Qarabağ” -“Atletiko Madrid” oyunu ilə bağlı azarkeşlərə səsləndi - 17 Oktyabr 2017, 12:59
"Maşını" tərk edən iştirakçı: “Mübarizə apardıqca batırdım” - 17 Oktyabr 2017, 12:51
“Cinsi azlıq virusunu Azərbaycanda yaymaq istəyirlər” - Fazil Mustafa - 17 Oktyabr 2017, 12:50
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10