15:52 şənbə, 15 Dekabr 2018
SOSİAL

Qısqanc ər arvadına 40 bıçaq zərbəsi vurdu

18:10, 05.12.20187392
Qısqanc ər arvadına 40 bıçaq zərbəsi vurdu
Sumqayıtda gənc qadının amansız qətlinin səbəbi qısqanclıq olduğu ehtimal edilir.

AZXEBER.COM xəbər verir ki, bu haqda məlumat "Sputnik Azərbaycan”a şəhər polis idarəsindən verilib.

Cinayət çərşənbə günü, dekabrın 5-də səhər saatlarında Sumqayıt şəhəri 11-ci mikrorayonda baş verib. 1992-ci il təvəllüdlü Ağayeva Aynur Ramiz qızına çoxlu sayda bıçaq zərbələri endirilib.

Patoloqoanatomlar qətlə yetirilmiş gənc qadının bədənində 40-a yaxın bıçaq yarası müəyyən ediblər ki, bunların da əksəriyyəti baş və boğaz hissələrinə endirilib.

İlkin məlumatlara görə, Ağayevanın əri Ağayev Yaqub Şirin oğlu qətldə şübhəli bilinərək saxlanılıb. İstintaqın ilk rəyinə əsasən, ər öz arvadını qısqanclıq zəminində qətlə yetirib.

Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb, istintaq işləri davam etdirilir.
XƏBƏR LENTİ