09:14 çərşənbə, 11 Dekabr 2019
DÜNYA

Qiyamət savaşı: 2125-ci ildə Türkiyə ilə İsrail...

17:28, 17.11.201940405
Qiyamət savaşı: 2125-ci ildə Türkiyə ilə İsrail...

Qiyamət müharibəsinə daxil olduğumuzu deyirlər. Müsəlmanların qiyamət savaşı 1527-ci ildə baş verir. Bu da Miladi təqvimi ilə 2125-ci ilə təsadüf edir. Bu savaşın başlanğıcında məqsəd odur ki, Avropada hər nə qədər müsəlman və inanclı şəxs varsa, hamısı məhv edilməlidir. Mənim tezisim belədir: Gələcəkdə güclənmək istəyiriksə, sionistlərin əsarətində olan xristianları da xilas etməliyik. Hətta israiloğullarının daxilində olanları da... Onları da öz tərəfimizə çəkməliyik. Bu, belə bir müharibədir, irq müharibəsi deyil. Burada "yaxşılar" və "pislər" var. Yaxşıların mərkəzi Yafəsin övladları olacaq. Yəni, türk müsəlmanlar... "Yaxşılar" dedikdə, ərəblər və farsları nəzərdə tutmuruq. Mərkəzi müsəlman türklərdir və digərləri onun ətrafında toplanacaq.

AZXEBER.COM axar.az-a istinadən bildirir ki,gələcəyə yönəlik bu unikal mühakimələr türkiyəli araşdırmaçı yazar Məhməd Əli Buludun Yaxın Şərqdə baş verən siyasi proseslərdən bəhs edən məqaləsində yer alıb.

Yazar qeyd edib ki, Türkiyə Cümhuriyyəti regionda yaşanan hər kədərin və qurulan hər terror qruplaşmasının İsrailin bu torpaqları boşaltmağa yönəlik layihəsi olduğunu bilməlidir. 

Əli Bulud vurğulayıb ki, Türkiyə İsrailin bu niyyətini anlayanda yəhudilərin strategiyasını pozmağı bacaracaq.

XƏBƏR LENTİ