07:17 Bazar Günü, 18 Fevral 2018
DÜNYA

Qız üstündə mübahisə qanla bitdi: ölən və yaralananlar var

11:43, 02.09.20177862
Qız üstündə mübahisə qanla bitdi: ölən və yaralananlar var

Türkiyədə iki ailə arasında mübahisə qanla bitib.

Azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Aydın vilayətində baş verib.

Məlumata görə, Ergezen və Duran ailələri arasında qız alıb-vermə səbəbindən mübahisə yaranıb. Nəticədə tərəflər arasında silahlı qarşıdurma olub. İnsident zaman 1 nəfər ölüb, daha 7 nəfər isə yaralanıb. Xəsarət alanlardan biri uşaqdır.

Polis hadisə yerində 500-ə qədər tapança və ov tüfəngi gilizi tapıldığını bildirib. Yaralıların yerləşdirildiyi xəstəxanada və hadisə yerində təhlükəsizlik tədbirləri görülüb.

0
XƏBƏR LENTİ