03:22 Bazar Ertəsi, 18 Dekabr 2017
DÜNYA

Qızına müəllimindən gələn mesajları görən ata həyatının şokunu yaşadı

14:54, 04.12.20177195
Qızına müəllimindən gələn mesajları görən ata həyatının şokunu yaşadı

Türkiyənin Isparta rayonunun Yalvaç qəsəbəsində riyaziyyat müəllimi H.E. (28), VII sinif şagirdi 2 qız uşağına əllə və sözlə cinsi təcavüz etdiyi iddiası ilə həbs olunub. Hadisə valideynlərdən birinin qızının mobil telefonunda müəllimin göndərdiyi intim məzmunlu mesajları görməsiylə ortaya çıxıb.


AZXEBER.COM Milliyet-ə istinadən xəbər verir ki, S.T.-nin (13) telefonuna baxan atası, cinsi məzmunlu mesajlarla qarşılaşıb. Qızından vəziyyəti öyrənən ata mesajların riyaziyyat müəllimi H.E.-dən gəldiyini, müəlliminin onu həm əl ilə, həm də sözlə təcavüz etdiyini öyrənib. Prokurorluğa gedən ata müəllim H.E. barəsində şikayət edib. 

Polisin apardığı araşdırmada müəllimin həmin məktəbdə VII sinif şagirdi A.Y.-ya (13) da eyni şəkildə təcavüz etdiyi və uzun müddətdir bu əməlini davam etdirdiyi öyrənilib. Saxlanılan H.E.nin polis idarəsindəki ifadəsində günahını etiraf edərək "Nəfsimə uydum" dediyi açıqlanıb.

H.E.-nin təxminən 4 ay öncə bir həmkarı ilə evləndiyi deyilir
0
XƏBƏR LENTİ