12:51 Cümə, 20 Iyul 2018
Maqazin

QMİ-dən Flora Kərimovaya cavab: “Həyətinizi qəbristanlığa çevirməyin”

22:16, 14.04.20183796
QMİ-dən Flora Kərimovaya cavab: “Həyətinizi qəbristanlığa çevirməyin”
"Azərbaycanın 77 yaşlı xalq artisti Flora Kərimova "V element" proqramında bildirib ki, istəyirəm öləndə məni bağımda dəfn etsinlər: "İstəməzdim uzun ömür yaşayım. İstəyərdim ailə taleyim bütöv olsun. Vəsiyət etmişəm. Hamıya demişəm ki, məni elə basdırın ki, yerimi tapmasınlar. İstəmirəm desinlər, yazıq. İstəyirəm deyim ki, məni öləndə bağımızda dəfn etsinlər".

Flora Kərimovanın bu istəyinə İslam dini nə deyir?

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Cənub bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi, Böyük Bazar "Hüseyniyyə" məsçidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib ki, islam dinində insanının qəbristanlıqdan kənar yerlərdə dəfn olunması haram sayılmır:

"Qəbristanlıq ümumxalq üçün ayrılan dəfn yerinə deyilir. İstisna hallarda insan həyətində dəfn edilə bilər. Tutaq ki, yaşadığın ərazidə qəbristanlıq yoxdursa, kənar yerdə dəfn oluna bilərsən. Bu da gərək halal və kiminsə şəxsi mülkiyəti olmasın”.

Hacı Sədi həmçinin qeyd edib ki, məzarlıqda meyvə ağacının meyvəsindən yemək və su quyusunun suyundan içmək olmaz:

"Bu gigeyina, epidemologiya və tibbi baxımdan məqbul sayılır. Ona görə qəbristanlıq həyətində olan quyunun suyu bəkruhdur, yəni onun içilməsi bəyənilmir. Qəbristanlıqda olan meyvələrdən istifadə edilməsi də bəyənilmir. Hesab edirəm ki, insanların hər biri dünyasın dəyişdikdən sonra qəbristanlıqda dəfn olunması daha məqsədəuyğundur. İnsanlar orada dəfn olunsa fəzilətdir və daha uyğundur. Yoxsa bütün insanlar vəhd etsinlər ki, mən öz həyətimdə dəfn olunmaq istəyirəm, bu yolverilməzdir. Hər yeri qəbristanlığa çevirmək olmaz. Təbii ki, torpaqlar, yer üzündə olan bütün mülklər hammısı Allaha məxsusdur”.

XƏBƏR LENTİ