16:00 Cümə, 20 Iyul 2018
DÜNYA

"Qocalar evinə getmirəm!" - 92 yaşlı ana oğlunu güllələdi

23:17, 05.07.20188509
92 yaşlı amerikalı Anna Mey Blessinq onu qocalar evinə yollamaq istəyən oğlunu güllələyərək qətlə yetirib.

AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, 92 yaşlı qadın qocalar evinə göndəriləcəyini anlayandan sonra cinayəti planlaşdırmağa başlayıb.

O, xələtinin ciblərinə iki tapança qoyandan sonra oğlunun arvadı ilə yaşadığı otağa yollanıb.

Hadisə Feniks şəhərinin yaxınlığındakı Fonteyn Hilss şəhərində yaşanıb.

72 yaşlı Tomas Blessinq boynundan və çənəsindən güllə yaraları alandan sonra yerindəcə keçinib. Anna Mey Blessinq oğlunun 57 yaşlı arvadını da güllələmək istəyib, lakin qadın tapançaları Annanın əlindən ala bilib.

Polisdən verilən məlumata görə, oğlu Annaya "birlikdə yaşamaq artıq ağırdır, səni qocalar veinə vermək istəyirik" deyib. Bundan sinirlənən Anna söyləyib: "Siz həyatımı əlimdən almaq istəyirsiniz?! Mən sizi həyatınızdan məhrum edərəm!"

Anna Mey Blessinqin məhkəməsi başlanıb. O, məhkəmə zalına əlil arabasında gətirilib.

XƏBƏR LENTİ