19:08 Cümə Axşamı, 14 Dekabr 2017
SOSİAL

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat

14:37, 24.11.20174813
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib.

AZXEBER.COM ucnoqta.az-a istinadən xəbər verir ki, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub.

Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Pərviz Abdullayev bir müddət bundan əvvəl qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub.
0
XƏBƏR LENTİ