03:24 Bazar Ertəsi, 18 Dekabr 2017
SAĞLAMLIQ

Qriplə bağlı - Rəsmi açıqlama

11:44, 23.11.2017325
Qriplə bağlı - Rəsmi açıqlama
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi 11 faizədək azalıb.

AZXEBER.COM xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, laborator müayinələr zamanı bu ilki payız-qış mövsümü ərzində Azərbaycanda qripə yoluxma faktının olduğu təsdiqlənməyib.

A.Əliyeva qeyd edib ki, indiyədək 45 xəstədən laborator analizlər üçün müayinə materialı götürülüb:

"Bu ilki mövsümdə ağır xəstələr olmayıb, tək-tək hallarda laborator müayinələr götürülüb. Müayinələr Respublika Taun Əleyhinə Stansiyada aparılır. Ötən il qrip virusuna yoluxma var idi. Amma builki payız-qış mövsümündə qrip virusları aşkar olunmayıb. Azərbaycanda hələ ki, qrip virusları sirkulyasiya etmir”.

Qeyd edək ki, Rusiyanın bəzi regionlarında kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı vəziyyət təhlükəli həddə yaxınlaşır. Bununla əlaqədar olaraq ölkədə qrip əleyhinə kütləvi peyvəndləmə işlərinə start verilib.

Son göstəriciyə görə, Rusiyada təxminən 64,3 milyon insan artıq qripə qarşı peyvənd edilib ki, bu da ümumi əhalinin 44,5 faizi deməkdir.

 
0
XƏBƏR LENTİ