11:55 çərşənbə Axşamı, 11 Dekabr 2018
İDMAN

"Qrupda istənilən yığmadan xal ala bilərik" – Yığmamızın futbolçusu

17:55, 03.12.20184939
"Hər bir yığma bizə tanışdır və hamısı yaxşı komandalardır. Heç birini xüsusi fərqləndirmək istəmirəm, çünki bütün komandalar güclüdür. Hər birindən xal və ya xallar almaq üçün əlimizdən gələni edəcəyik”.

Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın hücumçusu Ruslan Qurbanov deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirən "Səbail”in futbolçusu qrupda istənilən rəqibdən xal almağaın mümkünlüyünü bildirib:

"Sözsüz, bu qrupdakı komandalar əvvəlkilərdən bir az daha güclüdür. Yaxşı oyun göstərməyə çalışacağıq ki, bizə inansınlar. Nəticənin necə olacağını zaman götərəcək. Hər oyuna sona qədər döyüşmək üçün çıxacağıq. Yalnız bu halda istənilən yığmadan xal ala bilərik. Qrupumuza güclü komandalar düşüb. Hətta bunu, "ölüm qrupu” da adlandırmaq olar”.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Macarıstanla E qrupunda mübarizə aparacaq.
XƏBƏR LENTİ