08:14 Bazar Ertəsi, 25 Iyun 2018
KRİMİNAL

Quba İcra Hakimiyyətinin şöbə müdiri bıçaqlandı

18:46, 11.09.2017705
Quba İcra Hakimiyyətinin şöbə müdiri bıçaqlandı
Quba Rayon İcra Hakimiyyətinin (RİH) Memarlıq və tikinti şöbəsinin müdiri Nizaməddin Əmrullayev bıçaqlanıb.

AZXEBER.COM "Report"a istinadən məlumatına görə, hadisə mübahisə zəminində baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin sol tərəfinin, sol çiyinin arxa hissəsinin və sol said sümüyünün kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
XƏBƏR LENTİ