09:31 Bazar Günü, 15 Dekabr 2019
KRİMİNAL

Qubada 16 il həbsxana həyatı yaşayan kişidən dəhşətli əməl - TƏFƏRRÜAT

13:23, 30.10.20194191
Qubada 16 il həbsxana həyatı yaşayan kişidən dəhşətli əməl - TƏFƏRRÜAT
Quba rayonunda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, oktyabrın 28-də axşam saatlarında rayon sakini Vüqar Həsənovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunmuş Firudin İskəndərov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
XƏBƏR LENTİ