18:15 çərşənbə Axşamı, 17 Sentyabr 2019
SOSİAL

Qubada ayı təsərrüfata hücum etdi: bir inəyi parçaladı

12:40, 11.09.20193510
Qubada ayı təsərrüfata hücum etdi: bir inəyi parçaladı

Qubada ayı heyvanlara hücum edib. 

AZXEBER.COM Oxu.az-a istinadla xəbər verir ki, hadisə Xınalıq kəndində qeydə alınıb.

Vəhşi heyvan axşam saatlarında kənd sakini Balasultan Sultanovonun təsərrüfatına hücum edib və onun bir baş inəyini parçalayıb.

Sakinlər bildirir ki, son bir ay ərzində ayılar kəndə tez-tez hücum edir. Bundan əvvəl vəhşi heyvanlar sakinlərin daha dörd baş heyvanını da parçalayıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl rayonun Küsnətqazma kəndində də ayı sakinlərin altı baş inəyinə hücum etmişdi.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ