18:39 Bazar Günü, 22 Iyul 2018
SOSİAL

Qüdrət Həsənquliyev bələdiyyələri tənqid etdi: Sahibkarların marağına toxunurlar

15:06, 13.02.2018348
Qüdrət Həsənquliyev bələdiyyələri tənqid etdi: Sahibkarların marağına toxunurlar
"Təəssüf ki, hər il hesabatlarını dinləsək də, bələdiyyələrin fəaliyyətlərinin gücləndirilməsi istiqamətində hökumətdən qanun layihələri parlamentə daxil olmur”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. O qeyd edib ki, Azərbaycan prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək versə də, bələdiyyələr onların fəaliyyətinə mane olur, əngəl yaradır: "Sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir, bütün sənədlər hazır olanda, bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə sövdələşməyə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra o materialların pulu verilmir.
 
Ədliyyə Nazirliyi bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynamalıdır. Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür”, - deyə deputat bildirib.
XƏBƏR LENTİ