"Qulağına sırğa taxan, qırmızı şalvar geyən adam Rövşən Lənkəranski rolunu oynaya bilməz"

11 Aprel 2017, 13:35
AAA
Xəbər verdiyimiz kimi, Azərbaycan kriminal avtoritet Rövşən Lənkəranskiye hesr oluncaq "Sən ona oxşamayasan" adlı film çəkilir.
 
Bu xəbər sosial şəbəkələrdə böyük rezonansla qarşılanıb. Bəziləri bu addımı təqdir etsə də, bu filmi qınayanlar da çox olub.
 
Filmin rejissoru Rza Rzayev AZXEBER.COM-a açıqlamasında deyib ki, onun məqsədi Rövşən Lənkəranskini təbliğ etmək yox, cinayətkar aləm adlanan dünyada bir azərbaycanlının sürətlə məşhurlaşmasını və hörmət qazanmasını göstərməkdir:
 
"Mən kriminal dünyanı və ya Rövşəni təbliğ etmirəm, bir azərbaycanlının qazandığı hörməti və sevgini göstərmək istəyirəm. Rövşənin fərqi nə idi, həmin dünyanın insanlarından onu nə ferqlendirirdi ki, o əfsanəyə çevrile bildi. Bizdə insanlar çox vaxt ilk addıma aldanır, məsələnin təfərrüatlarını bilmədən fikir söyləyir. Fakt odur ki, Rövşən xalq tərəfindən sevilən və hörmət bəslənən şəxs olub, mənim özümün də ona reğbetim olub. Bir rejissor kimi qərara gəldim ki, onun həyatını özündə əks etdirən "Sən ona oxşamayasan" filmini çəkim, ilkin reaksiyalardan deyə bilərəm ki, bu uğurlu addımdır və hər gün yüzlərlə insan bu filmdə çəkilmək istədiyini mənə yazır"
 
Rejissor Rövşən Lənkəranski rolunu kimin canlandıracağını da söyləyib: "Mənə hər gün insanlar yazır ki, mənim filan qohumum Rövşənə oxşayır, onu çək. Ancaq mən deməliyəm ki, bu filmdə Rövşəni canlandıracaq şəxs tam fərqli biri olmalıdır, məsələn "Tutqu" filminın qəhrəmanı heç bir filmdə çəkilmədi, çünki ele obrazlar var ki, onları yaradandan sonra başqa obrazlar yarada bilməzsən. Dünya kinosunda belə təcrübə var. Məsələn: Qulağına sırğa taxan, qırmızı şalvar geyən, cəmiyyətdə özünü səviyyəsiz aparan adam heç vaxt Rövşən rolunu oynaya bilməz. Bundan başqa bu gün Rövşən rolunu oynayan şəxs sabah gedib, hansısa verilişdə atlanıb-düşsə, onu heç kim ciddi qəbul etməyəcək. Bu baxımdan da yenə də deyirəm ki, mənə filmdə xarici görünüşcə yox, daxili və xarakter baxımdan Rövşənə bənzəyən aktyor lazım olacaq. Sinematoqrafik yollar var, bəlkə heç üzünü də göstərmərəm qəhrəmanımın"
 
Rza Rzayev filmin nəyə görə milli qəhrəmanlarımız, şəhidlərimiz haqda yox, Rövşən haqda çəkilməsinə də münasibət bildirib: "Mənim bundan öncəki "Geyilməmiş ayaqqabılar" filmin aprel şəhidlərinə həsr edilib. Görürəm yazırlar ki, guya mən kimdənsə pul almışam ve yaxud pul qazanmaq istəyirəm. Bəli, mən rejissoram, gördüyüm işdən həm də pul qazanmalıyam. Amma məqsəd pul qazanmaq deyil, məqsəd Azərbaycan və azərbaycanlılara xidmət etməkdir. Azərbaycanın dəyərini üstələyəcək heç nə yoxdur mənim üçün. İnsanlar olmayan şeyləri danışırlar, bu böhtandır. "Xaç Atası" filmindən sonra Amerikada, ya da İtaliyada cinayətkarlıq artmadı, əksinə bu dünyaya sevgiylə yanaşanlar bu arzularından əl çəkdilər, çoxları anladı ki, bu dünya hər adam üçün deyil. Bir də harada belə öhdəlik götürmüşəm ki, hər kəs haqda filmi mən çəkəcəm? Meydan böyükdür, hər kəs bu mövzuda film çəkə bilər, buyurub çəksinlər. Mənim qəhrəmanım əzmi, iradəsi olan, öz yoluna inanan, bir an olsun bu yolda tərəddüd etməyən, çoxluğa qarşı duran, sonra çoxluğun onun tərəfinə keçən qəhrəmandır"

Oxunma sayı : 48928

SON XƏBƏRLƏR
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir - 24 Sentyabr 2017, 13:08
Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - 24 Sentyabr 2017, 13:06
" Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır" - DTX rəisi - 24 Sentyabr 2017, 12:58
Prezident Neftçala rayonunda - 24 Sentyabr 2017, 12:49
Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı - 24 Sentyabr 2017, 12:35
Tovuzda iki avtomobil toqquşdu - Yaralılar var - 24 Sentyabr 2017, 12:31
Bakıda bacısı ilə yazışan oğlanı görüşə çağırdı, doğradı - 10 il həbs tələb olunur - 24 Sentyabr 2017, 12:01
Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı - 24 Sentyabr 2017, 11:29
Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar - 24 Sentyabr 2017, 11:17
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı - 24 Sentyabr 2017, 10:41
Bakıda restoranda dava - 24 Sentyabr 2017, 10:26
44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə - 24 Sentyabr 2017, 10:13
Bakıda məşhur restoranda ölüm - 24 Sentyabr 2017, 10:09
Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı - 24 Sentyabr 2017, 10:04
Cəbhədə gecə təxribatı: rayonlarımız atəşə tutuldu - 24 Sentyabr 2017, 09:56
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı - Özbaşınalığın üstü belə açıldı (VİDEO) - 23 Sentyabr 2017, 13:56
Metronun 28 May stansiyasının qarşısında ölüm hadisəsi – FOTO - 23 Sentyabr 2017, 13:46
Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO - 23 Sentyabr 2017, 13:35
“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq - 23 Sentyabr 2017, 13:05
Azərbaycanda hərbçini tüfənglə vurub su quyusuna atdılar - 23 Sentyabr 2017, 12:50
Şimşək çaxacaq, yağış yağacaq - 23 Sentyabr 2017, 12:47
Azərbaycana payız gəlib - 23 Sentyabr 2017, 11:36
Tovuzda doğuş zamanı körpə öldü - 23 Sentyabr 2017, 11:02
Nişanlısını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb - 23 Sentyabr 2017, 11:00
Müştəri "Bank of Baku"nun soyğunçuluğunun üstünü açdı: "Pullarımızı belə oğurlayırlar" (FOTOFAKT) - 23 Sentyabr 2017, 10:36
İki uşaq atası özünü öldürmək istədi, atası xilas etdi - 23 Sentyabr 2017, 10:16
Bakıda qardaş bacısını bıçaqladı - 23 Sentyabr 2017, 10:13
Ağcabədidə ağır qəza: Ölən var - 23 Sentyabr 2017, 10:10
Medianews.az saytı 5 yaşında - 23 Sentyabr 2017, 10:08
Toy gecəsi gəlin öldü, bəy türməyə girdi - 23 Sentyabr 2017, 10:04
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10