18:10 Cümə, 14 Dekabr 2018
İDMAN

Qurban Qurbanov: "Ayrılmaq istəyirdim, amma..."

13:25, 07.03.20181593
Qurban Qurbanov:
"İcraiyyə Komitəsində qalmağımla bağlı müzakirələr keçən iclasda müzakirə olundu. Ayrılmaq istəyirdim, amma qalmağım tövsiyə olundu. Ona görə də belə davam edəcəm. Bu gün isə o məsələyə baxılmadı". 

Bu sözləri "Qarabağ"ın və milli komandamızın baş mıəşqçisi Qurban Qurbanov bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasından sonra deyib.

Baş məşqçi millimin məşqçisi Elçin Rəhmanovu Ufuk Budakın oyununu izləmək üçün Türkiyəyə göndərməsindən danışıb: "Şərt o deyil ki, biz Ufukun oyununa canlı baxaq. Elçin Rəhmanov ora həm Ufukun oyununa baxmağa, həm də onunla görüşüb, söhbər etməyə getmişdi. Onsuz da futbolçuların oyununu daima televiziya vasitəsi ilə də izləyirik. O, milli komandanın üzvüdü. Bir neçə matç çıxış etmirsə, bu o demək deyil ki, artıq yığmamızın oyunçusu deyil. Getməkdə məqsəd "səni mütləq dəvət edəcəyik” demək də deyil. Çünki özü də, biz də onun yığmanın üzvü olduğunu bilirik. Toplanışa çağırdığımız futbolçuları növbəti hazırlıqda görməyə bilərsiz. Əsas məqsəd Ufuqla yaxından maraqlanmaq idi. Oynasaydı daha yaxşı olardı, amma meydana çıxmaması da problem deyildi".

Qurbanov Almaniyadakı legionerlərimizin də oyunlarını izlədiklərini bildirib: "Artıq izləməyə başlamışıq. Almaniyadan hələlk Dmitri Nazarovu dəvət edəcəyik. Rüfət Dadaşovun son vaxtlar performansı yaxşıdı. Oyunlarını izləyirəm. Son bir ilə baxıb qərar vermək düzgün olmaz. Millimizdə kimlər olubsa, hamsı ilə maraqlanırıq. "Gənclərbirliyi"ndə çıxış edən Dəniz Yılmaz son vaxtlar oynamır. Bu sarıdan bir qədər sıxıntı var".
 
///Qaynarinfo
XƏBƏR LENTİ