07:25 çərşənbə, 21 Noyabr 2018
İDMAN

Qurban Qurbanov: "Digər 4 oyunda qalib gəlsək, qrupdan çıxa bilərik"

10:20, 11.09.20182368
Qurban Qurbanov:
"Qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. Bir xal qazandıq. Daha doğrusu, 2 xal itirdik. Bir çox futbolçunun durumundan narahat idim. Gözlədiyim kimi performanslarından aşağı çıxış etdilər. İşlərimiz çoxdu. Hansısa çatışmazlıqları aradan qaldırmağı öz üzərimə götürərəm. İradlarınızı mənə bildirə bilərsiniz".

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.

46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Ardıcıl 2 heç-heçədən sonra qrupdan çıxa bilməməklə bağlı narahatlığınız var?

- Burada nəticə verməyə çalışırıq. İnamımızı itirməməliyik. Çatışmazlıqları mən bilirəm. Digər komandaların da xal itkiləri olacaq. Şansımız yoxdu deyib, sakit durmamalıyıq. Çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq. Qalan 4 oyunda qalib gəlsək, qrupdan çıxa bilərik. Futbolçulara güvənib, bir olmalıyıq.

- Rəqib futbolçuların oyunun vaxtını uzatması barədə nə deyə bilərsiniz?

- Bunu səbəb kimi göstərməli deyilik. Həm burda, həm Bakıda bu cür halları gördük. Bu gün rəqib bir xal götürmək üçün hər şeyə əl atırdı. Bu cür pauzalar tempi salırdı. ("Report")
XƏBƏR LENTİ