03:24 Bazar Ertəsi, 18 Dekabr 2017
İDMAN

Qurban Qurbanov: Razı qaldım

09:06, 06.12.2017178
Qurban Qurbanov: Razı qaldım
"Roma”nı təbrik edirəm. Onlara növbəti oyunlarında uğurlar arzulayıram. Çox istərdim ki, məğlub olmayaq. Amma bir qol buraxdıq. Buna baxmayaraq, razı qaldım. Layiqli çıxış etməyə çalışdıq. Ağır idi. Komandamız məğlub olmaq istəmirdi”.
 
AZXEBER.COM-un  Oxu.Az-a istinadən  məlumatına görə, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Roma” komandası ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib.
 
Baş məşqçi bildirib ki, "Çelsi” ilə ilk oyunu kənara qoysaq, futbolçularımız ümumilikdə layiqli çıxış etdilər:
 
"Bəlkə də əlavə xallar qazanmaq imkanımız var idi. Amma bəzi oyunlarda vərəqə aldığımız epizodlarda futbolçularımızda təcrübə çatmadı. Ümumilikdə, razı qaldım. Rəqiblərimizin hər biri ilk iki yeri tutmağa layiq idilər. Ramillə Ağabalanı oyunun gedişatına uyğun olaraq meydana buraxdıq. Hücumda hərəkətliliyi artımağı düşündük. Onlar hücum xəttində sürəti daha da artırmalı idilər”.
 
Qurban Qurbanov əlavə edib ki, "Qarabağ” kimi komandalarda nə qədər çox oyunçu olsa, variantlar da çox olur:
 
"Əlavə oyunçuların olmaması bizim üçün sıxıntılar yaratdı. Daha çox xal toplaya bilərdikmi, bunu deyə bilmərəm. Müdafiə xəttinin oyununa gəlincə, bir-iki epizodu çıxmaq şərti ilə çox diqqətli oynadılar. Hər bir futbolçunun çıxışından razı qaldım. Xüsusilə də müdafiə xəttinin oyunundan. Sadəcə, hücum xəttində düşündüyümüz bəzi epizodlar alınmadı”.
0
XƏBƏR LENTİ