Qurban Qurbanov: "Sabahkı oyuna kifayət qədər ciddi hazırlaşmışıq"

17 İyul 2017, 21:31
AAA
Gürcüstanda olduğum üçün çox şadam. Bu matçda iştirak etmək mənim üçün böyük şərəfdir. Çünki böyük tarixə malik stadionda futbol oynayacağıq. Mən stadionun fotolarını görmüşdüm. Canlı şahidi olduqdan sonra da belə qənaətə gəldim ki, arena burada çıxış etmiş futbolçuların səviyyəsini aydın ifadə edir".
 
AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Gürcüstan paytaxtı Tbilisidəki Boris Payçadze adına "Dinamo" Arenasında "Samtredia" ilə keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
 
Qırx beş yaşlı mütəxəssis bildirib ki, ilk matçda çox qol vurmalarına baxmayaraq, sabahkı oyuna kifayət qədər ciddi hazırlaşıblar. O, komandasını çox çətin qarşılaşmanın gözlədiyini söyləyib: "Fikrimcə, bu görüş bir həftə əvvəlki ilə müqayisədə daha aqressiv məcrada keçəcək. "Samtredia" özünəməxsus xarakterə malikdir, məğlubiyyəti sevmir. Oyunçuları hər qoldan sonra daha da aqressivləşirlər. Bu səbəbdən, ötən 6 gün ərzində tam ciddi hazırlıq keçmişik. Yaxşı futbol oynamağa və azarkeşləri razı salmağa çalışacağıq. Rəqibə uğurlar arzulayıram".
 
Q.Qurbanovun fikrincə, hərdən futbolda layiq olmadığın hesabla da məğlubiyyət baş verir: "Açığı, "Samtredia"nın belə uduzmasını istəməzdim. Oyun strategiyası, mütəşəkkilliyi məndə bu komandaya böyük simpatiya oyatdı".
 
Azərbaycan və Gürcüstanın həmişə dostluq münasibətlərində olduğunu xatırladan baş məşqçi futbol sahəsində də belə bir yaxınlığın olduğuna diqqət çəkib. O, Tbilisi "Dinamo"sunun SSRİ vaxtında kifayət qədər yaxşı oyun sərgilədiyini xatırladıb. Q.Qurbanov iki ölkənin çempionatlarını müqayisə edib: "Gürcüstanda çoxlu dəyişiklik baş verib. Bu da ola bilsin, xüsusən maliyyə sarıdan futbolunuza təsirsiz ötüşməyib. Deyərdim ki, biz də belə faktlarla üz-üzəyik. Azərbaycan klubları 5 il əvvəlki ilə müqayisədə daha aşağı səviyyədədirlər. Buna görə də bir çox əcnəbi oyunçu hər il klubunu dəyişir və yeni legioner axtarışlarına başlayırıq. Gürcüstanda isə legionerlərin sayı çox deyil. Klublarınız əcnəbi oyunçu dəvət etməyə çalışmırlar. Bu isə yəqin ki, maliyyə problemləri ilə əlaqədardır. Azərbaycanda isə 2 komanda - "Qarabağ" və "Qəbələ" bu baxımdan yaxşı vəziyyətdədir. Bu, iki ölkə çempionatı arasındakı fərqin səbəbi ola bilər. Amma təkrar edirəm: sabahkı oyunun necə nəticələnəcəyini bilmirik və çətin matç gözləyirik".
 
Komandasında çoxlu çatışmazlıqların olduğunu deyən baş məşqçi ilk növbədə, kollektiv oyun sarıdan problemləri aradan qaldırmağa çalışdıqlarını söyləyib: "Biz hücum futbolu sərgiləməyə çalışırıq. Oyunçulardan hücuma atılmalarını istəyirik. Eyni zamanda müdafiədə də lazımi səviyyədə çıxış etmək lazımdır. Biz balanslaşdırılmış oyun sərgiləməyə çalışacağıq. Heyətə gəlincə, meydanda 11 oyunçu olacaq".
 
Sonda baş məşqçi "Qarabağ"ın adına diqqət çəkib: "Qarabağ" Azərbaycanı təmsil edən komandadır. Bu komanda və ya Azərbaycanın istənilən yığması ölkəni layiqincə təmsil etməlidir. Bu, üzərimizə götürdüyümüz öhdəliklərdən biridir".
 
Qeyd edək ki, iyulun 18-də keçiriləcək "Samtredia" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "Qarabağ" 5:0 hesabı ilə qalib gəlib.

Oxunma sayı : 206

Loading...
SON XƏBƏRLƏR
Altmış yaşdan sonra boşanan kişilərin sayı qadınlardan daha çoxdur - 27 İyul 2017, 23:12
Azərbaycanda eneolit mədəniyyətinə aid olan abidələr aşkarlanıb - FOTO - 27 İyul 2017, 22:34
FHN xəstəxanadakı yanğınla bağlı məlumat yaydı - 27 İyul 2017, 21:04
Bərdədə ev yanıb - 27 İyul 2017, 20:32
Gürcüstan prezidenti: “Saakaşvili ölkəni tərk etməməli idi” - 27 İyul 2017, 19:42
Altı tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində mübahisə yaranıb - 27 İyul 2017, 18:45
Bakının bu kəndi 3 gündür qaz üzünə həsrətdir - 27 İyul 2017, 17:56
Türkan Şoray beyin əməliyyatı keçirdi - 27 İyul 2017, 17:43
"7 uşağım olsun istəyirəm" - Ronaldu - 27 İyul 2017, 17:36
Bacısını çarpayıda oturub mesajlaşan gördü və... – Şamaxıda qətl - 27 İyul 2017, 17:21
Qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının cavabları - 27 İyul 2017, 17:09
Bakıda cinsi azlıqlar 22 yaşlı qıza qarşı cinayət törətdi - 27 İyul 2017, 16:59
"Ketçup" qabından heroin çıxdı - 27 İyul 2017, 16:46
Yetim Eyvazın oğlu: “Atam anama zülm verib, onu atıb, gedib başqasını saxlayıb" - MÜSAHİBƏ + FOTO - 27 İyul 2017, 16:25
Xəstəxanadakı yanğına nə səbəb oldu? - RİH açıqaldı - 27 İyul 2017, 16:00
Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans qəzaya düşdü - 27 İyul 2017, 15:45
Lider TV-dən 3 aydır maaşların verilməməsi xəbəri ilə bağlı AÇIQLAMA - 27 İyul 2017, 15:41
“Planet” şadlıq sarayının sahibi həbs edildi: Ağac kəsməyə görə - 27 İyul 2017, 15:38
"Nurlana pul qarşılığında addım atacaq insan deyil" - MÜSAHİBƏ+FOTOLAR - 27 İyul 2017, 15:36
"Lapşin cəzasını öz ölkəsində çəkmək istəyir" - Vəkil - 27 İyul 2017, 15:29
“Space”də saçyolduya çıxdığı deyilən aparıcı danışdı: "Bunu kim dedi?" - 27 İyul 2017, 15:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası yanır, içəridə 40-dək xəstə qalıb - - 27 İyul 2017, 15:11
“Yay kampaniyası” ilə “Nar” istifadəçilərinin yay istirahəti daha rəngarəngdir - 27 İyul 2017, 15:07
Şəhidin hamilə həyat yoldaşı facebook statusu ilə kövrəltdi: "Sənin telefonundan özümə mesaj yazıram" - 27 İyul 2017, 15:04
Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edildi - 27 İyul 2017, 14:53
Leyla Ramazanlı şəhərin mərkəzində konsert verəcək - 27 İyul 2017, 14:50
“Space”də əlbəyaxa dava: dava edən iki xanım işdən qovuldu - 27 İyul 2017, 14:35
Telefon dinləmələri ilə bağlı araşdırma aparıldı - "MTN işi" - 27 İyul 2017, 14:21
Kamran Ağayev Çexiya klubuna transfer oldu - 27 İyul 2017, 14:10
Pərvanənin uşaqları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum oldu – TƏFƏRRÜAT - 27 İyul 2017, 14:06
Azərbaycan Mətbuatının böyük inkişaf perspektivləri var - Fotolar - 27 İyul 2017, 13:45
Deputatın obyektində ölən və yaralananların adları məlum oldu - 27 İyul 2017, 13:45
Broyler fabriki partlayan deputat İqbal Məmmədovla bağlı ilginc FAKTLAR - Ölkəyə yanğınsöndürmə balonlarını da o gətirir - 27 İyul 2017, 13:32
Zaqatala və Balakəndə xüsusi əməliyyat: Helikopterlər cəlb olundu - 27 İyul 2017, 13:11
"Aztelekom" MMC-nin sabiq baş direktoru azadlığa buraxıldı - 27 İyul 2017, 13:07
Oğuzda yerləşən bu şəlaləyə baxmaq da pulludur - FOTO - 27 İyul 2017, 12:55
Vidadi Zeynalova hökm oxundu - 13 il - 27 İyul 2017, 12:45
Azərbaycanda öldürücü istilər qayıdır – 42 dərəcəyə çatacaq - 27 İyul 2017, 12:43
“Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib - 27 İyul 2017, 12:23
Azərbaycanda 20 yaşlı hamilə qadının dəhşətli sonu - 27 İyul 2017, 12:17
Deputatın broyler fabrikində partlayış: - ölən və yaralananlar var - 27 İyul 2017, 11:53
İstanbulda iki təyyarə toqquşdu - 27 İyul 2017, 11:41
Aptekdə yıxılan kişi öldü - Lənkəranda faciəvi hadisə - 27 İyul 2017, 11:32
"Rabitə işi" - Vidadi Zeynalov və digərlərinə höküm oxunur - 27 İyul 2017, 11:10
Polkovnik dənizdə batdı - FHN-nin xilasediciləri kömək etmədi - VİDEO - 27 İyul 2017, 11:01
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10