00:08 çərşənbə Axşamı, 25 Sentyabr 2018
İDMAN

Qurban Qurbanovun oğlu Azərbaycan millisinə çağırıldı

19:07, 02.04.20187930
Qurban Qurbanovun oğlu Azərbaycan millisinə çağırıldı
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması Bosniya və Herseqovinada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.

AZXEBER.COM xəbər verir ki, aprelin 9-da start götürəcək yarışdan əvvəl Bakıda yığmanın təlim-məşq toplanışı olacaq. Aprelin 3-də başlanacaq 6 günlük hazırlıq prosesinə 24 futbolçu cəlb edilib. Onların sırasında Azərbaycanın əsas millisinin baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da var:

Heyətdə bu futbolçular yer alıb: Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı "Qəbələ”), Məhəmməd Əhmədov ("Vətən”), Mahir Həsənov, Fərid Yusifli, Valeh Qəhrəmanlı (hamısı "Neftçi”), Ramin Məhərrəmov, Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı "Keşlə”), Nemət Musayev ("Kəpəz”), Emil Bayramov ("BRW – Sport”, Ukrayna), Abubəkir İbragimov ("Mahaçqala”, Rusiya), Eldar Quliyev, Tuqay Əlizadə (hər ikisi "Şaxtyor”, Ukrayna), Musa Qurbanlı ("Qarabağ”), Cəlal Cəbrayılov, Cavidan Abbaszadə (hər ikisi "Sumqayıt”).  

Qeyd edək ki, U-17 turnir çərçivəsində aprelin 11-də Makedoniya, 13-də Xorvatiya, 15-də isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.
XƏBƏR LENTİ