12:19 Cümə, 21 Fevral 2020
SAĞLAMLIQ

Azərbaycanda quş qripi təhlükəsi varmı? - Agentlik açıqladı

12:00, 28.01.20201835
Azərbaycanda quş qripi təhlükəsi varmı? - Agentlik açıqladı

Azərbaycan Respublikasının Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə bu ilin13-17 yanvar tarixlərindəkeçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, Abşeron yarımadasında, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiətqoruqlarında, su-bataqlıq ərazilərində, eləcə dərespublikamızın dəniz sahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanmış müxtəlif növlərə aid 66 baş çöl quşundan patoloji materiallar götürülüb. Həmçinin Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı ailə təsərrüfatlarında 250 baş müxtəlif növ quşdan, Abşeron, Biləsuvar, Salyan, Hacıqabul, Ucar, Siyəzən və Şabran rayonlarında yerləşən sənaye əsaslı iri quşçuluq müəssisələrində və kiçik həcmli kommersiya tipli 8 quşçuluq təsərrüfatında 120 baş ev quşundan qan nümunələri götürülərəkseroloji monitorinqlərdə keçirilib.

Monitorinqlər müddətində çöl quşlarından götürülmüş patoloji materiallarBiotəhlükəsizlik çadır tipli səhra (mobil) laboratoriyasında, ev quşlarından alınan diaqnostik nümunələr isə Biotəhlükəsizlik səyyar laboratoriyasındamüayinə edilib.Müayinə zamanıquş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə rast gəlinməyib.

XƏBƏR LENTİ