19:57 çərşənbə Axşamı, 20 Fevral 2018
Maqazin

Rafael Ağayev: "Həyat yoldaşım mənə çox dəstək olur" - FOTO+VİDEO

13:44, 10.07.20179306
Rafael Ağayev:
Xəzər TV-də yayımlanan "Hər şey daxil” verilişi karete üzrə dünya çempionu Rafael Ağayevin evində qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, Rafael qonaqları üçün yemək hazırlayaraq, ailəsindən danışıb.
 
O deyib ki, ailəsinə çox bağlıdır: "Tamaşaçılar məni ilk dəfə mətbəxdə görəcək, amma adi vaxtda tez-tez mətbəxdə oluram. Mən ailəmə çox bağlı insanam"
 
Rafael deyib ki, futbol həvəskarıdır: Kiməsə yaxşılıq edəndə qarşılığını gözləmirəm. İnsan özü başa düşməlidir ki, həyatda hər şey qarşılıqdır. Atalıq duyğusu bir başqadır. Subay olan da mənə deyirdilər ki, ata olandan sonra biləcəksən ki, övlad necə şirindi. Hər zaman evə tez gəlməyə çalışırsan ki, onu oynadasan. Ana çəkən əziyyətin heç 50 faizini ata çəkmir. Həyat yoldaşımın da karateyə həvəsi var. Futbola birlikdə baxirıq. O "Barselona" komandasının azərkeşidir. Arzum olub ki, güclü karateçi və futbolçu olum. Çox şükür karateçi oldum. Qismət olar oğlum futbolçu olar. Arzumdur ki, oğlum "Yuventus” komandasında oynasın. Allaha şükür əlaqələrimiz var, oğlum idmançı olması üçün hər bir addım atacam.”
 
Nazim Qasımzadə

 

 

 

 


0
XƏBƏR LENTİ