12:20 şənbə, 24 Fevral 2018
MƏDƏNİYYƏT

Rafiq Hüseynovla vida mərasimi keçirilir

09:25, 03.11.2017241
Rafiq Hüseynovla vida mərasimi keçirilir
Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.
 
AZXEBER.COM APA-ya istinadən məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.
 
Vida mərasimi saat 12:00-dək davam edəcək.
 
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
Məşhur diktor 1946-cı ildə Şuşada anadan olub. Ağciyər xərçəngindən əziyyət çəkən xalq artisti bir neçə dəfə Türkiyədə əməliyyat olunub, kimyaterapiya müalicəsi alıb.
0
XƏBƏR LENTİ