07:47 çərşənbə Axşamı, 25 Sentyabr 2018
TOP4

Rafiq Hüseynovun vida və dəfn mərasimi təxirə salındı

19:25, 01.11.20171246
Rafiq Hüseynovun vida və dəfn mərasimi təxirə salındı
Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun sabaha planlaşdırılan vida və dəfn mərasimi təxirə salınıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.
 
O bildirib ki, xalq artistinin cənazəsinin Bakıya gətirilməsində texniki problemlər yaranıb: "Mənə məlumat verdilər ki, Almaniyada sənədləşdirmə işlərində problem yaranıb. Cənazə sabah Bakı vaxtı ilə 17:00-da Bakıya göndəriləcək”.
 
Həyat yoldaşı əlavə edib ki, xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək.
 
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək
 
Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.
XƏBƏR LENTİ