09:06 Bazar Ertəsi, 28 May 2018
SOSİAL

Ramazanın ilk günü üçün dua, imsak və iftar vaxtı

23:55, 16.05.201816475
Ramazanın ilk günü üçün dua, imsak və iftar vaxtı
Sabah Ramazan ayının ilk günüdür.
 
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də Bakıda imsak saat 03:41, iftar isə saat 20:07-dədir.

Birinci günün duası:

"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".

Tərcüməsi:

"İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi. Məni əfv et, ey günahkarları əfv edən Allah!"

Allah orucunuzu qəbul etsin!
XƏBƏR LENTİ