19:56 çərşənbə Axşamı, 20 Fevral 2018
İDMAN

Ramil Şeydayev “Qarabağ”da

13:38, 01.09.2017571
Ramil Şeydayev “Qarabağ”da
"Qarabağ” millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.
 
Bu barədə klubun saytı məlumat yayıb.

Müqaviləylə "Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında Ağdam komandasında keçirəcək.

Qeyd edək ki, 21 yaşlı hücumçu "Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb. Ötən yayda "Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiya "Jilina”sında keçib.

Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.
0
XƏBƏR LENTİ