05:08 Bazar Ertəsi, 25 Mart 2019
İDMAN

"Ramil son zamanlar möhtəşəm oynayır" - "Krılya Sovetov"un baş məşqçisi

11:04, 16.03.20192735
Millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" Rusiya Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə "Anji"ni 2:0 hesabı ilə məğlub edib.

AZXEBER.COM sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra Samara klubunun baş məşqçisi Miqodraq Bojoviç fikirlərini bölüşüb. Monteneqrolu mütəxəssis oyunda 2-ci qolun müəllifi olan Şeydayev barədə də danışıb: "Rahat oyun olmadı, ancaq qələbəni haqq etdiyimizi düşünürəm.

İlk hissə çox çətin oldu, fasilədən sonra isə daha çox topla oynamağa başladıq. Ramil Şeydayev doğum günündə qol vurdu? O, son zamanlar möhtəşəm oynayır. Ramil üçün xoşbəxtəm. Şeydayev çalışqan və yaxşı oğlandır, belə oynamağa davam etsin".

Qeyd edək ki, 23 yaşlı hücumçu qış fasiləsindən sonra Samara klubunda 3 oyuna 3 qol vurub.
XƏBƏR LENTİ