20:36 çərşənbə, 22 May 2019
MƏDƏNİYYƏT

Ramiz Əzizbəylinin son halı: "Yaşamaq istəyir..."

10:23, 19.02.20191551
Ramiz Əzizbəylinin son halı:
Xalq artisti Həmidə Ömərova həmkarı Ramiz Əzizbəylini ziyarət edib. 

AZXEBER.COM-un məlumatına görə, aktrisa birlikdə çəkilən fotolarını sosial şəbəkədə yayımlayıb. 

"Sağalacaq, inşallah... Özü də buna inanır. Yaşamaq, yaratmaq, film çəkmək, şeir yazmaq istəyir. Öz şeirlər kitabından bizə bir neçə şeir oxuyub kövrəldi. Biz də kövrəldik. Sonra təəccüblə soruşdu: "Siz niyə belə kədərlisiniz? Gəlin mahnı oxuyaq". Məlahətli, heç kiminkinə bənzəməyən titrək, həzin səsi ilə oxudu. Bizim optimist, şən, həyatsevər Ramiz Əzizbəylimiz. Allah sizə şəfa versin" deyə, Ömərova şəklə yazıb.

Qeyd edək ki, R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.
 

XƏBƏR LENTİ