20:19 çərşənbə Axşamı, 13 Noyabr 2018
MƏDƏNİYYƏT

Ramiz Məlik Məleykə Əsədovadan 300 min istəyir - O da məhkəməyə müraciət etdi

17:11, 19.12.20174884
Ramiz Məlik Məleykə Əsədovadan 300 min istəyir - O da məhkəməyə müraciət etdi
Bu gün Nəsimi Rayon Məhkəməsində Xalq artisti Məleykə Əsədovanın Xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə iclası davam edib.

AZXEBER.COM-un APA-ya istinadla məlumatına görə, prosesdə hər iki tərəf iddiasını məhkəməyə təqdim edib. Məhkəmə iddiaları icraata qəbul edib.

Proses yanvarın 8-də davam edəcək.

Ramiz Məlik bildirib ki, M. Əsədovaya qarşı iddia qaldırıb və 300 min manat təzminat tələb edir. R.Məlik M.Əsədovanın onu təhqir etdiyini deyib.

Qeyd edək ki, M.Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Buna səbəb kimi Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.
XƏBƏR LENTİ