09:24 şənbə, 16 Dekabr 2017
MƏDƏNİYYƏT

Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir

15:10, 24.11.2017749
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir

Xalq artistləri Ramiz Məliklə Məleykə Əsədova arasındakı qalmaqal davam edir.

Aktrisa həmkarını məhkəməyə verib, ondan 200 min manat təzminat tələb edib.

R.Məlik də qarşılıqlı olaraq aktrisanı məhkəməyə verməyə hazırlaşır. Bu haqda saytımıza açıqlamasında aktyorun vəkili Türkel Süleymanlı deyib: "Ramiz Məlik qarşı tərəfə üzrxahlıq edib. Bu söhbət teatrda da aparıldı, məsələ həll olundu. Hətta Ramiz bəy sosial şəbəkədə də yazıb, üzr istəmişdi. Amma nədənsə Məleykə Əsədova şikayət verib. Ramiz bəyin də haqqı var ki, məhkəməyə şikayət edib qarşı tərəfdən təzminat alsın. Bir çox materiallar yığılıb məhkəməyə təqdim olunacaq. Tələb ediləcək məbləğ hələ bəlli deyil. Amma ola bilsin Məleykə Əsədovanın istədiyindən də artıq təzminat tələb edilsin”.

Qeyd edək ki, aktyorlar arasındakı qalmaqala R.Məlikin sosial şəbəkədə qarşı tərəfin ünvanına nalayiq sözlər yazması səbəb olub.

///Axşam.az
0
XƏBƏR LENTİ