xari

Rasim Musabəyovun açıqlaması sosial şəbəkələrdə də hiddətlə qarşılandı

SİYASƏT
14:31 05.12.2020
746
Milli Məclisin deputatı Rasim Musabəyovun Rusiyanın NTV telekanalına verdiyi müsahibə sosial şəbəkələrdə etirazla qarşılanıb.

Sözügedən müsahibədə Rasim Musabəyov türk sülhməramlılarının Dağlıq Qarabağda olmasına qarşı çıxış edərək, bunun bölgədəki təhlükəsizliyə zərər verə biləcəyini qeyd edib. Həmin açıqlama ictimai narazılığa səbəb olub və sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə millət vəkilini Azərbaycanın milli maraqlarına xəyanət etməkdə günahlandırıblar.

AZXEBER.COM xəbər verir ki, bu Rasim Musabəyovun Azərbaycan cəmiyyətində çoxsaylı narazılığa səbəb olduğu ilk hadisə deyil. 

Bundan əvvəl Rasim Musabəyov yeraltı keçiddə popkorn sataraq pul qazanmağa çalışan yeniyetməyə qarşı çıxışı ilə yadda qalmışdı. Deputat dövlət orqanlarına oğlanın küçə ticarəti etməsinin qadağan edilməsi tələbi ilə müraciət etmişdi və bu da bütün sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olmuşdu.

Sosial şəbəkə istifadəçiləri indi isə anti-türk açıqlamasına görə deputatın cəzalandırılmasını tələb edir. 

Milli Məclisin İntizam Komissiyası da millət vəkili Rasim Musabəyovun Rusiyanın "NTV" telekanalına qalmaqallı müsahibəsinə münasibət bildirib.

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov jurnalistlərə Rasim Musabəyovun ifadələrinin ona peşmanlıq hissi keçirtdiyini bildirib və sözlərinə xüsusi əhəmiyyət verməməyə çağırıb: 

"O deputatdır. Düşündüklərini söyləyir. Heç nə onun sözlərindən asılı deyil. Təəssüf edirəm ki, o, belə bir düşüncə səsləndirib. Türk sülhməramlıları gəlməlidir. Bu qərar artıq verilib. Gələcəkdə Rusiya və Türkiyə sülhməramlıları bölgədəki sülhün qorunmasını birlikdə izləyəcəklər. Rasim Musabəyov təcrübəli bir siyasətçidir. Başa düşmürəm, necə belə bir müsahibə verə bilərdi”, - Eldar İbrahimov deyib.

Onu da qeyd edək ki, Rasim Musabəyovun bu açıqlaması yalnız sosial şəbəkə istifadəçilərinin deyil, eyni zamanda partiya sədrlərinin, həmkarı olan deputatların, tanınmış jurnalist və QHT nümayəndələrinin etirazına səbəb olub.

OXŞAR XƏBƏRLƏR