19:32 Cümə, 13 Dekabr 2019
SOSİAL

Rayondan Bakıya gəlib "20 Yanvar"da qızını öldərən ataya cəza verildi

16:40, 18.07.20192352
Rayondan Bakıya gəlib
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun "20 Yanvar" stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini namus üstündə öldürüb. 
XƏBƏR LENTİ