“Real” – “Bavariya” dueli öncəsi fikirlər: Futbolçular danışır

18 Aprel 2017, 19:17
AAA

Bu gün Çempionlar Liqasında ilk 2 yarımfinalçının adına aydınlıq gələcək.

 

Apasport.az saytının məlumatına görə, ¼ final mərhələsinin cavab oyunları çərçivəsində günün ən maraqla gözlənilən matçı "Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

 

Münhendə baş tutmuş ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Madrid "Real”ı "Bavariya” ilə münasibətləri bu dəfə öz meydanında ayırd edəcək.

 

Hər iki komandanın üzvləri matçdan öncə fikirlərini bildiriblər.

 

Karlo Ançelotti ("Bavariya”nın baş məşqçisi): "İlk oyunda 60-cı dəqiqəyə kimi yaxşı oynadıq. Cavab görüşünü əvvəldən sona qədər elə keçirməliyik. Yarımfinala adlamaq üçün ideal oynamalı və xarakter göstərməliyik. Bir həftə əvvəl şansımız daha çox idi. Amma yenə nəsə edə bilərik. Robert Levandovski ilə bağlı hər şey qaydasındadı. O, kollektivlə birgə məşqdə iştirak etdi. Hummels və Boatenqin də "Real”a qarşı oynamaq şansı var. Levandovski komanda üçün vacib oyunçudu. O, çoxlu qol vuraraq, bizə əminlik hissi verir. Əgər qol vəziyyətləri yarada bilirsizsə, deməli, komanda yaxşı oynayır. Hücumları qolla tamamlamalıyıq. "Bavariya” cari mövsümdə yetərli qədər qol vurub. "Real”la görüşdə də bu missiyanın öhdəsindən gəlməliyik”.

Filipp Lam ("Bavariya”nın kapitanı): "Həmişə güclü komandalara qarşı oynamaq istəmişəm. Karyeram ərzində çoxlu belə oyun keçirmişəm. Yenidən "Santyaqo Bernabeu”da meydana çıxmaq xoş olacaq. Bu stadionda həmişə möhtəşəm atmosfer olur. Madriddə qollar vurub, qələbə qazana bilərik. İki il əvvəl İspaniyadakı qarşılaşmada oyuna nəzarət edən tərəf idik. Amma rəqibin bizi əks-hücumlarda tutmasına mane ola bilmədik. Bu dəfə eyni halla üzləşməməliyik. "Bavariya” səfərdə də qollar vuracaq gücdədi”.

 

Xabi Alonso ("Bavariya”nın ispaniyalı yarımmüdafiəçisi): "Vəziyyəti dəyişməyin yolunu bilirik. "Real”la qarşılaşırsansa, rəqibə çox diqqət ayırmaq lazım deyil. Onsuz da, "Real”da yüksək səviyyəli futbolçu kifayət qədərdi. Onlar hər an səni cəzalandıra bilərlər. Odu ki, əsas öz oyunumuzu düşünməliyik”.

 

Manuel Noyer ("Bavariya”nın qapıçısı): "Meydana kimlərin çıxacağı o qədər də önəm kəsb etmir. Komandanın motivasiyası yüksək səviyyədədi. Biz mütləq yarımfinala çıxmalıyıq. Levandovski "öldürücü” zərbələri olan əsl qatildi. İlk oyunda məhz belə futbolçumuz çatışmırdı”.

 

Robert Levandovski ("Bavariya”nın polşalı hücumçusu): "Bavariya” bu görüşü ev sahibi kimi keçirməlidi. "Real”ı təzyiq altında saxlamalı və maksimum gücümüzü göstərməliyik. Təbii ki, mütləq qol vurmalıyıq. Eyni zamanda, müdafiədə də etibarlı oynamalıyıq”.

 

Zinəddin Zidan ("Real”ın baş məşqçisi): "Bavariya” hər mövqedə əla futbolçulara sahibdi. Rəqibin güclü tərəflərinin çox olduğunu bilirik. Amma "Bavariya”nın zəif cəhətləri də mövcuddu. Öz oyunumuzu göstərməliyik. Cavab matçına ilk görüşdəki kimi hazırlaşmışıq. Böyük oyun olacaq və görüşün taleyini kiçik detallar həll edəcək. Qalib gəlmək istəyirik. Münhendəki nəticəni artıq unutmuşuq. "Bavariya” evində olduğu kimi, səfərdə də güclü təsir bağışlayır. Rəqib final fitinə kimi təzyiq edəcək. Buna görə də, çox yaxşı oyun göstərməliyik”.

 

Kasemiro ("Real”ın yarımmüdafiəçisi): "Levandovski çox güclüdü. Amma "Bavariya”da digərləri də yaxşı futbolçudu. Hər birinin qarşısını kəsməliyik. Yalnız Levandovskiyə diqqət ayırsaq, səhv etmiş olarıq. "Bavariya” çox güclü oyun nümayiş etdirəcək. Çünki heyətində yüksək səviyyəli, texnikalı futbolçu çoxdu”.

 

Marselo ("Real”ın braziliyalı müdafiəçisi): "Ağır qrafikdə oynayırıq. Buna baxmayaraq, əla işləyirik və fiziki cəhətdən yaxşı formadayıq. Oyundan-oyuna "artırırıq”. Bu vaxta qədər çox çətin görüşlər keçirmişik. İndi bütün diqqətimizi "Bavariya” ilə matça yönəltmişik. Bu qarşılaşma hər iki komanda üçün çox vacibdi”.


Oxunma sayı : 385

Loading...
SON XƏBƏRLƏR
Bakıda yeni dələduzlar peyda olub - ALDANMAYIN - VİDEO - 23 İyul 2017, 22:30
Həbsdən yeni çıxan Deniz Sekidən bir ilk - FOTO - 23 İyul 2017, 21:45
Ağdam icra başçısı: "Ermənistan ordusu hər gün rayonun işğal altında olan ərazilərinə od vurur" - 23 İyul 2017, 20:49
Sabah hava küləkli olacaq, yağış yağacaq - 23 İyul 2017, 19:58
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO - 23 İyul 2017, 19:24
Azərbaycanda gəlin SPİD xəstəsi olduğunu ərindən gizlətdi, ara qarışdı - 23 İyul 2017, 19:11
SSRİ-nin ilk leqal milyoneri vəfat edib - 23 İyul 2017, 18:28
"Mikrofonu qoyub ağlaya-ağlaya qaçdım" - Səidə Sultan - 23 İyul 2017, 17:38
Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub - FOTO - 23 İyul 2017, 16:40
Məşhur türk müğənnisi Şəmkirdə kimin toyuna gəlib? (FOTOLAR) - 23 İyul 2017, 13:56
“Şuşanın, Laçının işğalında Elçibəyin rolu olub” — Rəhim Qazıyevdən şok MÜSAHİBƏ - 23 İyul 2017, 12:50
Mərkəzi bazarda bir-birinə bitişik 4 mağaza yandı - 23 İyul 2017, 10:25
Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxıldı - 23 İyul 2017, 10:18
Əziz həmkarlar, məhəlləmizə daş atmayın! - Aqil Ələsgər yazır - 23 İyul 2017, 00:26
Əli Həsənovdan jurnalistlər üçün mənzil bölgüsü barədə iddialara — CAVAB - 22 İyul 2017, 20:58
Kooperasiya Universiteti yandı, qəbul imtahanı ləğv edildi - Abituriyentlər arasında zəhərlənənlər var - 22 İyul 2017, 14:07
Ağsuda faciə - 2 qardaş suda boğuldu - 22 İyul 2017, 13:58
Arvadını kirvəsi ilə tutdu, sonra... - Ağcabədidəki dəhşətin şok təfərrüatı - 22 İyul 2017, 13:09
Novxanı çimərliyində qadını döydülər - 22 İyul 2017, 13:06
Bakıda 30 yaşlı qadın iki uşağı ilə yoxa çıxdı - 22 İyul 2017, 13:04
Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlandı - 22 İyul 2017, 12:59
Temperatur enəcək - 22 İyul 2017, 12:56
"Banklar jurnalistlərə kredit verməlidir" - Əflatun Amaşov - 22 İyul 2017, 12:37
Bakıda universitet binası yanır - 22 İyul 2017, 12:30
Cəbhədə gərgin gecə: atəşkəs 132 dəfə pozulub - 22 İyul 2017, 11:58
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşub - 22 İyul 2017, 11:12
Azərbaycanda növbəti qəbul imtahanı keçirilir - 22 İyul 2017, 11:09
Bilgəh çimərliyində faciə: 20 yaşlı oğlan öldü - 22 İyul 2017, 10:53
Polis avtomobilin nömrəsinə “seks” yazan sürücünü cəzalandırdı – FOTO - 22 İyul 2017, 10:40
Bakıda ana qızını bıçaqladı - 22 İyul 2017, 10:34
Atamla məni birləşdirən “Söz” - 22 İyul 2017, 00:14
Bakıda ilk dəfə olaraq ayrıca balıq bazarı yaradılacaq - 21 İyul 2017, 23:33
Atası türk aktrisanı uşaqlıqdan zorlayırmış - 21 İyul 2017, 22:27
Mingəçevirdə sürücü avtomobili manelərə çırpıb və ciddi xəsarət alıb - 21 İyul 2017, 21:29
Azərbaycanda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək - 21 İyul 2017, 20:36
Vüsal Quliyevin sədrliyi ilə Şuranın cari ilin ikinci rübdəki fəaliyyətinə yekun vuruldu - 21 İyul 2017, 19:47
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda torpaq uçqunu baş verib - 21 İyul 2017, 19:37
Saleh qız atası oldu - 21 İyul 2017, 18:57
Üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib - 21 İyul 2017, 18:44
Jurnalistlər üçün tikilmiş binada pulsuz internet olacaq - 21 İyul 2017, 17:41
Dövlət Xidmətindən çəyirtkələrlə bağlı xəbərdarlıq - 21 İyul 2017, 17:20
La Liqanın püşkü atıldı - 21 İyul 2017, 16:59
Bakıda daha iki qız itkin düşdü - 21 İyul 2017, 16:27
Bakıda turist qəzaya düşdü: kəllə sümüyü sındı - 21 İyul 2017, 16:10
Bakıda otelin qarşısında atışma - 21 İyul 2017, 15:51
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10