02:20 Bazar Ertəsi, 10 Dekabr 2018
SİYASƏT

Real-ın məclis sədri etiraf etdi: "Bu hakimiyyət qalmalıdır"

16:19, 09.10.20183173
Real-ın məclis sədri etiraf etdi:
REAL Partiyasının məclis sədri Erkin Qədirlinin müsahibəsi geniş rezonans doğurub.
 
AZXEBER.COM xəbər verir ki, Erkin Qədirli Meydan TV-yə verdiyi müsahibə zamanı Azərbaycan müxalifətini tənqid edib və hakimiyyətə alternativ olmadığını deyib.
 
"Mən özümüzü hazırlıqlı saymıram. Ona görə də deyirəm ki, bu hakimiyyət qalmalıdır. Bu gün heç kim hakimiyyətə gəlməyə hazır deyil, heç kim hakimiyyəti qoruyub saxlaya bilməz. Ona görə gərək müxalifət təcrübə toplasın".
 
Erkin Qədirli müsahibəsində ənənəvi müxalifət olan AXCP və Müsavatı da kəskin tənqid edib: "Köhnə müxalifət deyəsən ümumiyyətlə təcrübə toplamaq istəmirlər, onlar deyəsən heç hakimiyyətə də gəlmək istəmirlər".
 
Erkin Qədirlinin bu açıqlamasından sonra AXCP və Müsavat fəalları REAL-çılara qarşı hücuma keçiblər və REAL-ı satılmış partiya adlandırıblar.
 
REAL-ın idarə heyətinin Xalid Bağırov isə həmin şəxslərə belə cavab verib: "Əsas odur ki, Erkin Qədirlinin dedikləri, ReAl daxilində debat, ReAl-dan kənarda şüvən yaradıb. P.S. Hərə bacardığı kimi hazırlaşır hakimiyyət olmağa".
 
Qeyd edək ki, REAL sədri İlqar Məmmədovla AXCP sədri Əli Kərimlinin münasibətləri onsuzda gərgindir. Görünür ki, məhz bu açıqlamadan sonra müxalifətdaxili mübarizə daha da şiddətlənəcək. 


XƏBƏR LENTİ